Dondurucu soyuqlar gəlir - Xəbərdarlıq
14 Noyabr 2026, 23:47
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
658
10.01.2026, 10:14
İsrail ordusunun Qəzza zolağında yerindən edilmiş mülki şəxslərin sığındığı çadırlara və məktəblərə endirdiyi hava zərbələri nəticəsində azı 7 fələstinli ölüb, 11 nəfər yaralanıb. Həlak olanlar arasında 2 uşaq da var.
Oxu24.com xarici KİV-lərə istinadən xəbər verir ki, Qəzzadakı Səhiyyə Nazirliyinin məlumatına görə, İsrail ordusu atəşkəsə baxmayaraq bölgədə hücumlarını davam etdirir. Bildirilib ki, Qəzza zolağının cənubundakı Xan Yunus şəhərində yerindən edilmiş şəxslərin çadırına pilotsuz uçuş aparatı (PUA) ilə endirilən zərbə nəticəsində 2-si uşaq olmaqla 4 mülki şəxs həyatını itirib.
Nazirliyin açıqlamasında, İsrail ordusunun Qəzza zolağının şimalında yerləşən Cəbəliyə Qaçqınlar Düşərgəsində məcburi köçkünlərin sığındığı bir məktəbi də PUA ilə vurduğu, nəticədə 1 nəfərin öldüyü, 8 nəfərin yaralandığı bildirilib. Hücumdan sonra məktəbdə yaranan yanğının nəzarət altına alındığı qeyd olunub.
Qəzza Səhiyyə Xidmətinin məlumatına əsasən, şimaldakı Beyt Lahiya qəsəbəsində köçkünlərin sığındığı Xəlifə məktəbi “kvadrokopter” tipli PUA ilə hədəfə alınıb, 3 nəfər yaralanıb. Bundan əlavə, Qəzzanın mərkəzində, Deyr əl-Bələh şəhərinin şimalında yerləşən çadıra endirilən hava zərbəsi nəticəsində 1 nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp oktyabrın 9-da Misirdə aparılan danışıqlar zamanı İsrail və HƏMAS arasında Qəzzada atəşkəs planının ilkin mərhələsinin razılaşdırıldığını açıqlamışdı. Razılaşma İsrail hökumətinin təsdiqindən sonra 10 oktyabrda qüvvəyə minib. Buna baxmayaraq, İsrail ordusu atəşkəs rejimini tez-tez pozaraq Qəzza zolağında hücumlar həyata keçirir.
23:59 / 14 Noyabr 2026
1
23:51 / 14 Noyabr 2026
35
23:47 / 14 Noyabr 2026
46
23:33 / 14 Noyabr 2026
64
23:23 / 14 Noyabr 2026
183
23:16 / 14 Noyabr 2026
67
23:05 / 14 Noyabr 2026
266
23:01 / 14 Noyabr 2026
137
22:28 / 14 Noyabr 2026
678
22:19 / 14 Noyabr 2026
82
21:55 / 14 Noyabr 2026
110
21:32 / 14 Noyabr 2026
131
21:22 / 14 Noyabr 2026
169
21:11 / 14 Noyabr 2026
729
21:04 / 14 Noyabr 2026
843
21:02 / 14 Noyabr 2026
123
20:56 / 14 Noyabr 2026
630
20:50 / 14 Noyabr 2026
133
20:38 / 14 Noyabr 2026
130
20:23 / 14 Noyabr 2026
1293
19:54 / 14 Noyabr 2026
118
19:50 / 14 Noyabr 2026
122
19:36 / 14 Noyabr 2026
1983
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.