Sabiq nazir oğurladığı pulları meşədə gizlədibmiş
15 Noyabr 2026, 01:10
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
710
08.01.2026, 20:48
ABŞ 35 beynəlxalq təşkilat və 31 BMT agentliyindən çıxır.
Oxu24.com xəbər verir ki,bura ECOSOC commissions, UN Women, UN Alliance of Civilisations, UNFCCC, Peacebuilding Commission, Peacebuilding Fund, Venice Commission of the Council of Europe və s. təşkilatlar daxildir.
Prezident Donald Tramp ötən ilin sentyabrında BMT-in 80 illik yubiley assambleyasında çıxışı zamanı, əslində, bunun siqnallarını vermişdi.
Beynəlxalq düzəndə çoxtərəflilikdə uzun müddətdir davam edən böhran hazırda pik həddini yaşayır.
Gücə əsaslanan beynəlxalq düzən BMT-nin və beynəlxalq hüququn rolunu minimuma endirib.
Cənab Prezidentin yerli TV kanallara müsahibəsində dediyi kimi, kim güclüdürsə, hüquq onun tərəfindədir.
Bu vəziyyətin yaranmasında tək günahkar elə böyük güclərdir.
Onlar özləri beynəlxalq hüquqa hörmət etmir, öz maraqları naminə beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozurlar.
Nəticədə beynəlxalq təşkilatlar qlobal və regional məsələlərdə ciddi rol oynaya bilmirlər. Onlara illik üzvlük haqqı ödənilməsi faydasız görünür.
Azərbaycan da torpaqları işğal altında olan zaman beynəlxalq hüququn işləməməsi ucbatından problemlərlə üzləşib, 30 ilə yaxın sülh danışıqları nəticə verməyib, qeyri-qanuni işğala son qoyulmayıb.
ATƏT-in Minsk qrupu uğursuz olub, 4 BMT qətnaməsi kağız üzərində qalıb.
İndi dünyada tərəfdaşlıqlar, güclü müttəfiqliklər, qarşılıqlı inam və iqtisadi fayda dövlətlərarası münasibətlərdə rol oynayır.
Azərbaycan isə dəyişən dünya düzənində, yürütdüyü unikal, balanslı, müstəqil xarici siyasət sayəsində öz maraqlarını qorumağı, mürəkkəb geosiyasi proseslərdən qalib çıxmağı bacarıb.
Miri Məcidli
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.