Ukraynaya hücum başladı
13 May 2026, 23:03
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
700
08.01.2026, 20:57
Ukrayna Prezidenti Volodimir Zelenskinin “iyunun sonuna qədər müharibə bitə bilər” açıqlaması ictimai müzakirələrə səbəb olub.
Oxu24.com bu bəyanatın hansı real diplomatik siqnallara əsaslanması ilə bağlı KONKRET.az-a politoloq Tural İsmayılov açıqlama verib.
Politoloqun sözlərinə görə, hazırda Ukrayna hakimiyyəti müharibənin tezliklə başa çatması ilə bağlı mövqeyini açıq şəkildə ortaya qoyur:
“Doğrudan da Ukraynanın əsas hədəflərindən biri bu müharibənin mümkün qədər qısa zamanda bitməsidir. Bu müharibəni başlayan Ukrayna deyil. Beynəlxalq hüququ kobud şəkildə pozaraq Ukrayna ərazilərini işğal edən Rusiyadır.”
Tural İsmayılov qeyd edib ki, Rusiyanın işğalçı siyasəti nəticəsində dünyada arzuolunmaz bir mənzərə formalaşıb və müharibənin uzanmasına səbəb olan əsas tərəf də məhz Moskvadır:
“Bu müharibəni davam etdirən və sülhdən kənar məcraya yönəldən Rusiyadır. Amma Rusiyanın da imkanları və limitləri var. Ölkə kəskin sanksiyalarla üz-üzədir və müharibənin uzanması Rusiyanın özü üçün də sərfəli deyil.”
Politoloqun fikrincə, Zelenskinin nikbin açıqlamaları Qərb tərəfdaşlarının verdiyi vədlər və diplomatik səylərlə bağlıdır:
“Zelenski Qərbdəki tərəfdaşlarının vədlərinə inanır. Bildiyimiz kimi, Aİ-nin səyləri nəticəsində Rusiya-Ukrayna müharibəsinin həlli istiqamətində Paris bəyannaməsi imzalanıb. Bu münaqişənin tezliklə bitməsində maraqlı olan əsas güclərdən biri də ABŞ-dır.”
Ekspert vurğulayıb ki, bütün bu amillər nəzərə alındıqda yay aylarına doğru müharibənin bitmə ehtimalı mövcuddur. Lakin bunun qəti şəkildə baş verəcəyini demək çətindir:
“Hazırda Ukrayna ərazilərində işğalçılıq prosesi davam edir və bu prosesin arxasında Rusiya dayanır. Rusiyanın hansı addımları atacağını proqnozlaşdırmaq isə bir qədər çətindir.”
00:25 / 14 May 2026
53
23:53 / 13 May 2026
196
23:36 / 13 May 2026
130
23:05 / 13 May 2026
465
23:05 / 13 May 2026
102
23:03 / 13 May 2026
68
23:00 / 13 May 2026
143
22:57 / 13 May 2026
60
22:55 / 13 May 2026
69
22:53 / 13 May 2026
53
22:38 / 13 May 2026
235
22:05 / 13 May 2026
90
21:30 / 13 May 2026
88
21:29 / 13 May 2026
114
21:22 / 13 May 2026
77
21:16 / 13 May 2026
77
21:15 / 13 May 2026
91
21:10 / 13 May 2026
74
21:09 / 13 May 2026
106
21:04 / 13 May 2026
73
20:58 / 13 May 2026
904
20:42 / 13 May 2026
90
20:32 / 13 May 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.