İsrail bu ölkəni vurdu: 900-ə yaxın adam həlak oldu
17 Mart 2026, 00:58
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
527
07.01.2026, 15:26
İranın bir çox şəhərində 10 gündən çoxdur ki, milli valyutanın (rial) devalvasiyası və yüksək inflyasiya səbəbindən kütləvi etirazlar davam edir.
Oxu24.com Modern.az-a istinadən xəbər verir ki, müxalifət mediasının məlumatına görə, təxminən 25 000 əhalisi olan İlam vilayətinin Abdanan şəhəri küçə etirazları ilə tam əhatə olunub.
Etirazçılar ölkənin ali rəhbərliyinə qarşı şüarlar səsləndirirlər: “Xameneiyə ölüm! Diktatora ölüm!”
Buna cavab olaraq təhlükəsizlik qüvvələri şəhərin elektrik enerjisini kəsib.
Ötən axşam etirazçılar şəhərdə bir sıra ticarət müəssisələrinə hücum ediblər. Xüsusilə etirazçıların İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəsi olan şəbəkəyə məxsus mağazaları yandırdığı və talan etdiyi bildirilir.
ABŞ-da yerləşən Human Rights Watch təşkilatının məlumatına görə, İrandakı etirazlarda ən azı 36 nəfər həlak olub, sahibkarların tətilləri və küçə nümayişləri İranın 92 şəhərindəki 285 rayona yayılıb.
Həmçinin oxuyun
Öz növbəsində, HRANA insan haqları xəbər agentliyi 28 dekabrda başlayan etirazlardan bəri ən azı 34 etirazçının və 2 təhlükəsizlik işçisinin öldürüldüyünü bildirib. Onlarla etirazçı yaralanıb. Təhlükəsizlik qüvvələrinin 2000-dən çox insanı həbs etdiyi qeyd edilir.
Müxalifət xəbər saytı olan Iran International-ın məlumatına görə, İranın sürgündəki vəliəhd şahzadəsi Rza Pəhləvi ölkə miqyasında etirazlara çağırış edib.
Həmçinin, İrandakı yeddi kürd müxalifət partiyası və vətəndaş cəmiyyəti təşkilatının 8 yanvar tarixini milli etiraz günü elan edərək birgə bəyanat yaydığı bildirilib.
Buruc, Məşhəd, Cask, Həmədan, Səbzvar, Kermanşah, Lahican və digər yerlərdə küçə etirazları keçirilib. Etirazçılar hökumət əleyhinə şüarlar səsləndirərək küçələrə çıxıblar.
İnsan resurslarının çatışmazlığı səbəbindən hakimiyyət orqanlarının etirazlara cavab vermək üçün quru qüvvələri və sərhədçiləri göndərdiyi bildirilir. Nümayişləri dağıtmaq üçün göz yaşartıcı qaz, rezin güllələr və bəzən odlu silahlardan istifadə edildiyi bildirilir.
10:02 / 17 Mart 2026
1
09:28 / 17 Mart 2026
57
09:26 / 17 Mart 2026
37
00:58 / 17 Mart 2026
233
00:42 / 17 Mart 2026
301
00:19 / 17 Mart 2026
441
23:59 / 16 Mart 2026
96
23:56 / 16 Mart 2026
320
23:55 / 16 Mart 2026
97
23:51 / 16 Mart 2026
112
23:49 / 16 Mart 2026
263
23:42 / 16 Mart 2026
120
23:39 / 16 Mart 2026
289
23:36 / 16 Mart 2026
1595
23:33 / 16 Mart 2026
137
23:28 / 16 Mart 2026
3575
23:22 / 16 Mart 2026
152
23:15 / 16 Mart 2026
2596
23:14 / 16 Mart 2026
226
22:55 / 16 Mart 2026
2885
22:54 / 16 Mart 2026
538
22:41 / 16 Mart 2026
195
22:25 / 16 Mart 2026
378
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.