İranlı diplomat bu ölkəyə qaçdı
04 Fevral 2026, 22:43
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
458
06.01.2026, 16:15
Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin birgə hərbi təlimlər keçirməsi təklifi baş tutarsa, təhdidlərə "yalnız deyilik" mesajı verəcək.
Oxu24.com xəbər verir ki, Bunu "Report"a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz deyib.
O bildirib ki, Prezident İlham Əliyevin irəli sürdüyü təklif əsasında TDT-yə üzv ölkələrin birgə hərbi təlimlər keçirməsi yalnız taktiki səviyyədə deyil, strateji, siyasi və geosiyasi müstəvilərdə də çoxşaxəli təsir yarada bilər:
"Təşkilat daxilində birgə təlimlər, komanda-nəzarət uyğunluğunu artıracaq, quru, hava, dəniz, xüsusi təyinatlı qüvvələrin inteqrasiya edilmiş fəaliyyətini inkişaf etdirəcək. Bu, xüsusilə regional böhran və ya kollektiv cavab tələb edən situasiyalarda reaksiya müddətini kəskin azaldır".
Onun fikrincə, birgə təlimlər zamanı Azərbaycan və Türkiyə ordularının Qarabağ müharibəsi, Suriya və İraq əməliyyatları, hibrid müharibə, PUA istifadəsi üzrə təcrübələri digər üzvlər üçün praktiki məktəb rolunu oynayacaq.
"Həmçinin birgə təlimlər potensial təhdidlərə "yalnız deyilik" mesajı verəcək. TDT məkanında təhlükəsizlik balansını lehinə dəyişəcək, xarici aktorlar üçün hərbi riskin qiymətini yüksəldəcək. Bu təlimlər NATO modeli olmadan belə regional təhlükəsizlik çətiri yaradacaq", - o deyib.
Y.Karauz deyib ki, TDT-yə üzv dövlətlərin birgə hərbi təlimi sərhəd təhlükəsizliyi, terrorizm, separatizm, kibertəhlükəsizlik, eləcə də informasiya müharibəsi, enerji və nəqliyyat xətlərinin qorunması kimi sahələrdə də ortaq təhlükə qavrayışı formalaşdıracaq:
"Bu təlimlər həmçinin təşkilata üzv dövlətlər üçün əlavə üstünlüklər qazandıracaq. Belə ki, təlimlər ortaq silah sistemlərinin istifadəsini təşviq edəcək, Türkiyə müdafiə sənayesinin TDT məkanında yayılmasını sürətləndirəcək və gələcəkdə birgə istehsal üçün zəmin yaradacaq. Həmçinin TDT-yə üzv dövlətlərin birgə hərbi təlimi təşkilatın geosiyasi çəkisini artıracaq. TDT sadəcə mədəni-dil birliyi deyil, eləcə də təhlükəsizlik və güc proyeksiyası platformasına çevriləcək".
Həmçinin oxuyun
General hesab edir ki, təşkilat daxilində birgə təlimlər liderlər və Baş Qərargahlar arasında institusional etimadı artıracaq, böhran zamanı siyasi qərarların daha sürətli və koordinasiyalı qəbuluna şərait yaradacaq:
"Təlimlər hərbi hazırlığı yüksəldəcək, üzv ölkələrin müdafiə qabiliyyətini möhkəmləndirəcək, eləcə də Türk dünyasını regional təhlükəsizlik aktoruna çevirəcək".
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev yerli telekanallara müsahibəsində Qəbələdəki Zirvə Görüşündə (Türk Dövlətləri Təşkilatının zirvə görüşü - red) TDT ölkələrinin birgə hərbi təliminin keçirilməsini təklif edib:
"Təklif etdim ki, bu il Azərbaycanda üzv ölkələrin birgə hərbi təlimləri keçirilsin. Hesab edirəm ki, buna da ehtiyac var. Biz üzv ölkələrlə ikitərəfli formatda hərbi təlimlər keçiririk. Təbii ki, ən çox Türkiyə ilə, amma digər ölkələrlə də. Ancaq birgə hərbi təlimlərin keçirilməsində həm böyük rəmzi məna ola bilər, eyni zamanda, praktik nöqteyi-nəzərdən buna ehtiyac var".
00:23 / 05 Fevral 2026
108
00:07 / 05 Fevral 2026
260
23:58 / 04 Fevral 2026
122
23:53 / 04 Fevral 2026
198
23:38 / 04 Fevral 2026
81
23:29 / 04 Fevral 2026
553
22:51 / 04 Fevral 2026
266
22:47 / 04 Fevral 2026
97
22:43 / 04 Fevral 2026
70
22:34 / 04 Fevral 2026
73
22:31 / 04 Fevral 2026
49
22:09 / 04 Fevral 2026
697
21:59 / 04 Fevral 2026
68
21:51 / 04 Fevral 2026
55
21:15 / 04 Fevral 2026
868
21:06 / 04 Fevral 2026
58
21:03 / 04 Fevral 2026
149
20:53 / 04 Fevral 2026
65
20:48 / 04 Fevral 2026
413
20:46 / 04 Fevral 2026
93
20:31 / 04 Fevral 2026
477
20:27 / 04 Fevral 2026
66
20:24 / 04 Fevral 2026
170
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.