Sabiq nazir oğurladığı pulları meşədə gizlədibmiş
15 Noyabr 2026, 01:10
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
875
06.01.2026, 00:56
Son vaxtlar hicama üsulu ilə müalicəyə maraq göstərənlərin sayı xeyli artıb. Hicamanın insan sağlamlığı üçün xeyirli olduğu deyilir, həkimlər isə onu qəti şəkildə inkar etməsələr də, müalicə gözləməyin doğru olmadığı qənaətindədirlər.
Hicama əslində qan alma, bədəndə olan çirkli toksik qanın xaric olması deməkdir. Bir çox vacib xəstəliklərlə əlaqədar prosedurlardan biridir. Hicama şəkərli diabet, hipertoniya, revmatizm, sinir sistemi ilə əlaqədar yuxusuzluq, başda və gözdə olan ağrılar zamanı səmərəli rol oynayır. Onkoloji xəstələrə isə həmin prosedur yalnız həkim məsləhəti ilə aparıla bilər.
Prosedurdan əvvəl həkim müayinəsi aparılması lazımdır. Hicama baş, boyun, kürək, bel, ayaq və qol nahiyələrinə edilir. Prosedurdan sonra yaraya su dəyməməlidir və soyuğa vermək olmaz.
Oxu24.com xəbər verir ki, həkim-terapevt Zakir Quliyev bununla əlaqədar deyib: “Hicamadan müalicə gözləmək düzgün deyil, ondan dəstəkləyici müalicə kimi yararlanmaq olar və yalnız həkim göstərişi ilə edilməlidir. Çox təəssüflər olsun ki, hicamanın uyğun olmayan şəraitdə və istifadə olunan alətlərin dəyişdirilmədən, yaxud da dezinfeksiya edilmədən aparılma halları olur. Belə olanda qanla keçən infeksion xəstəliklərin sayında artım müşahidə edilir və onun bir xəstədən digərinə keçmək ehtimalı çox yüksək olur”.
Həkim-terapevt onu da qeyd edib ki, hipertoniya xəstələri təzyiqi nizamlamaq üçün hicama olunmaqdansa, donor kimi qan versələr daha məsləhətli olar. O, onkoloji xəstələrin hicama etdirməsi barədə deyib: “Onların bədəni demək olar ki, zəifləmiş olur, immun sistemi zəifləyir və yaxud da laxtalanma problemləri ola bilər. Məsələn, xəstə kimyaterapiya alırsa, həmin prosedurdan sonra trombositlərin miqdarı azalır, nəticədə qanın laxtalanması zəifləyir. İkincisi, immun sistemi zəiflədiyindən infeksiyaya yoluxmaq riski artır”.
Belə bir deyim var: “Əsl dost sağlamlıq kimidir, dəyəri itirildikdən sonra bilinir. Ona görə də sağlamlığın qeydinə qalmaq və onu əsl peşəkarlara etibar etmək lazımdır.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.