Putindən qızılla bağlı qadağa
26 Mart 2026, 00:12
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
875
05.01.2026, 22:55
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) bir qrup əməkdaşı Venesuelada gizli əməliyyatlara hələ avqust ayında başlayıb. Nikolas Maduronu həbs etmək üçün onun yaxın çevrəsindən bir şəxs ələ alınıb. Həmin şəxsin prezidentin mənzillərinə məhdudiyyətsiz giriş icazəsi olub.
Oxu24.com Teleqraf-a istinadla xəbər verir ki, bu barədə "New York Times" (NYT) və CNN-də dərc edilmiş məqalələrdə qeyd olunub.
Bildirilir ki, MKİ agentlər qrupu Maduronu izləmək üçün kiçik dronlardan da istifadə ediblər.
ABŞ hökumətinin baş hərbi müşaviri Den Keyn hücumdan sonra keçirilən mətbuat konfransında bildirib ki, agentlər Maduronun necə hərəkət etdiyini, harada yaşadığını, hara getdiyini, nə yediyini, nə geyindiyini, hətta hansı ev heyvanlarına sahib olduğunu da öyrəniblər.
Keynin sözlərinə görə, Maduronun evinin ələ keçirilməsi zamanı mikrodronlardan istifadə edilib. Onlar real vaxt rejimində interyerin üçölçülü xəritəsini yaradıblar. Beləliklə, əsgərlər dəbilqə ekranlarında maneələrin, cangüdənlərin və Maduronun özünün harada olduğunu görə bilirdilər.
Lakin əsas köməkliyi MKİ-nin casusu göstərib.
Həmçinin oxuyun
NYT-ın məlumatına görə, o, Maduronun yataq otağına və seyf otağına açılan nəhəng polad qapıların kilidlənərkən qısa mexaniki gecikmə olduğunu bildirib.
Cəmi bir neçə saniyəlik fürsətdən "Delta Force" şirkəti Maduroya qəfil hücum etmək üçün istifadə edib. Casus həmçinin kodlu rabitə vasitəsilə Maduronun yatdığını və mühafizəçilərinin dincəldiyini MKİ-yə ötürüb.
Ehtimal edilir ki, ABŞ-nin ötən ilin avqust ayında Venesuela Prezidentinin həbsi üçün 50 milyon dollar mükafat elan etməsi Maduronun yaxın çevrəsindəki adamlardan birinin diqqətini cəlb edib və o, casusluq etməyə razılaşıb.
00:27 / 26 Mart 2026
10
00:12 / 26 Mart 2026
32
23:38 / 25 Mart 2026
165
23:35 / 25 Mart 2026
48
23:34 / 25 Mart 2026
45
23:30 / 25 Mart 2026
140
23:18 / 25 Mart 2026
58
23:06 / 25 Mart 2026
149
23:05 / 25 Mart 2026
54
22:59 / 25 Mart 2026
73
22:57 / 25 Mart 2026
166
22:40 / 25 Mart 2026
957
22:35 / 25 Mart 2026
153
22:24 / 25 Mart 2026
115
22:13 / 25 Mart 2026
70
22:07 / 25 Mart 2026
87
22:01 / 25 Mart 2026
74
21:56 / 25 Mart 2026
90
21:38 / 25 Mart 2026
1435
21:37 / 25 Mart 2026
102
21:27 / 25 Mart 2026
604
21:23 / 25 Mart 2026
604
21:15 / 25 Mart 2026
102
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.