Sabiq nazir oğurladığı pulları meşədə gizlədibmiş
15 Noyabr 2026, 01:10
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
727
05.01.2026, 22:05
“Tramp ilə telefon danışığı zamanı Venesuelanın sabitliyinin qorunmasının vacibliyini vurğuladıq”.
Oxu24.com xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan bildirib ki, Dünyanın harasında olursa olsun, o, siyasi legitimliyi və beynəlxalq hüququ pozan heç bir hərəkəti dəstəkləmir.
O, bu çətin günlərdə dost Venesuela xalqına dəstəyini vurğulayaraq sözlərinə belə davam edib: “Venesuela məsələsində də həm Türkiyə üçün, həm də dost Venesuela xalqı üçün ən yaxşı, ən doğru olanı etməyə çalışırıq. Cənab Maduro və Venesuela xalqı dəfələrlə xalqımıza dost olduğunu göstərmişdir. İki dost ölkə olaraq çətin günlərimizdə bir-birimizlə həmrəylik göstərməyə önəm və üstünlük verdik. Bu gün də eyni anlayışla hərəkət edirik.
Bu bir həqiqətdir ki, ölkələrin suverenlik hüquqlarının pozulması və beynəlxalq hüququn kobud şəkildə pozulması qlobal səviyyədə ciddi fəsadlara yol aça biləcək riskli addımlardır. Qüvvənin hüquqa üstün gəldiyi bir dünyada isə sabitlik, böhran və münaqişə heç vaxt bitməz. Biz, Türkiyə olaraq, nə bölgəmizdə, nə də digər bölgələrdə xaos, qarışıqlıq və gərginliyin olmasını əsla istəmirik. Qaydalar üzərində qurulmuş beynəlxalq sistemin qorunması bu baxımdan böyük əhəmiyyət daşıyır”.
Ərdoğan qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığında ölkəsinin xarici siyasət üzrə həssas olduğu məsələləri ona çatdırıb və xüsusilə Venesuelada sabitliyin qorunmasının vacibliyini vurğulayıb.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.