Bu gün “Avroviziya”nın ikinci yarımfinalı keçiriləcək
14 May 2026, 22:13
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
650
05.01.2026, 20:58
“İsrail və ABŞ İranın nüvə proqramını yenidən bərpa etməsinə qəti şəkildə imkan verməyəcək”.
Oxu24.com xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.
Netanyahu Knessetdə çıxışı zamanı ABŞ-a səfərinin və prezident Donald Trampla apardığı danışıqların yekunlarını açıqlayıb. O bildirib ki, Tramp İsrail və ABŞ-ın HƏMAS-ın tərksilah edilməsi və demilitarizasiyası istiqamətində ortaq mövqeyini təsdiqləyib, həmçinin bütün girovların geri qaytarılmasının vacibliyini vurğulayıb.
İran məsələsinə toxunan İsrail baş naziri qeyd edib ki, Vaşinqton və Təl-Əviv bu mövzuda tam koordinasiyalı və sərt mövqe sərgiləyir:
“Trampla razılaşmamız ondan ibarətdir ki, İrana ballistik raketlərin istehsalını bərpa etməyə və xüsusilə də nüvə proqramını yenidən canlandırmağa imkan verilməyəcək. Bu mövqe dəyişməz olaraq qalır”, – deyə Netanyahu bildirib.
Bununla yanaşı, İsrailin baş naziri ABŞ-ın Venesuelada həyata keçirdiyi addımları da tam dəstəklədiyini açıqlayıb. Onun sözlərinə görə, bu proses azadlıq və tərəqqini müdafiə edən ölkələrlə zorakılığa rəvac verən qüvvələr arasında mübarizənin tərkib hissəsidir.
Netanyahu həmçinin vurğulayıb ki, bir çox strateji məsələlərdə onun mövqeyi Trampla üst-üstə düşür:
“Bəzən yanaşmalarda müəyyən fikir ayrılıqları yaranır. Lakin bu fərqlər ciddi deyil və tərəfdaşlıq çərçivəsində həll olunur”, – deyə o əlavə edib.Globalinfo.az
00:45 / 15 May 2026
1
00:33 / 15 May 2026
84
00:22 / 15 May 2026
42
23:59 / 14 May 2026
145
23:30 / 14 May 2026
64
23:13 / 14 May 2026
65
23:05 / 14 May 2026
71
22:34 / 14 May 2026
78
22:30 / 14 May 2026
152
22:13 / 14 May 2026
163
21:58 / 14 May 2026
149
21:52 / 14 May 2026
77
21:41 / 14 May 2026
71
21:30 / 14 May 2026
81
21:19 / 14 May 2026
83
21:14 / 14 May 2026
81
21:07 / 14 May 2026
236
21:02 / 14 May 2026
174
20:59 / 14 May 2026
71
20:56 / 14 May 2026
101
20:54 / 14 May 2026
167
20:49 / 14 May 2026
64
20:49 / 14 May 2026
473
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.