Makron TƏLAŞDA: Putinlə təcili DANIŞMALIYAM
07 Yanvar 2026, 13:35
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
408
05.01.2026, 19:18
Rusiyada çalışan miqrantların, o cümlədən Azərbaycan vətəndaşlarının zorla Ukrayna ilə davam edən müharibəyə göndərildiyi barədə yeni məlumatlar ortaya çıxıb.
Oxu24.com xəbər verir ki,APA-nın əldə etdiyi məlumata görə, son olaraq Azərbaycan vətəndaşı olan 20 nəfər Ukrayna ilə müharibəyə cəlb olunub.
Məlumatda bildirilir ki, 3-4 il əvvəl Rusiyaya tikinti sahəsində işləmək üçün gedən azərbaycanlılardan biri son illər müharibə zonasından kənarda, Donetsk ərazisində müxtəlif obyektlərin tikintisində çalışıb.
O, 13 dekabr 2025-ci ildə Azərbaycanda yaşayan qardaşına yazıb ki, tikintidə çalışan təxminən 250 nəfər işçi zorla avtobuslara mindirilib və Voronej vilayətində yerləşən 11097 saylı hərbi hissəyə - 362-ci alaya aparılıb.
Onların Ukraynaya - cəbhə xəttinə göndərilməsi planlaşdırılır.
Tikintidə ümumilikdə minə yaxın miqrant çalışıb. Onların arasında Azərbaycan, Özbəkistan, Qırğızıstan və Tacikistan vətəndaşları olub.
Azərbaycandan olan işçilərin sayı isə təxminən 20 nəfərdir.
Həmçinin oxuyun
Onların işlədiyi ərazi tam qapalı zona olub, ora giriş-çıxış sərbəst deyilmiş. Hətta işləməyə gedəndə belə 3-4 hərbi postdan keçirmişlər.
Məlumata görə, işçilər əvvəlcə yaşayış binaları və obyektlərin tikintisində çalışıb. Daha sonra isə onları qruplar halında naməlum istiqamətə aparıblar.
Birinci mərhələdə işçilərin yarısı, sonra qalanları aparılıb. Lakin hara apardıqlarını deməyiblər.
Sonradan dəqiqləşib ki, onları əvvəlcə Voronejə aparıblar, orada 1-2 gün saxladıqdan sonra isə hamısını Rostov vilayətində hərbi hissəyə köçürüblər. Müharibəyə getmək istəyib-istəmədikləri barədə heç kimdən heç nə soruşmayıblar. Onlar hərbi xidmətlə bağlı heç bir sənədə imza da atmayıblar.
Bununla belə, artıq onlara hərbi geyimlər paylanıb, hərbi hazırlıqlarına başlanılıb.
Hazırda həmin qrupda təxminən 20 azərbaycanlı var, onlar faktiki girov vəziyyətində Ukrayna ilə müharibəyə hazırlanırlar.
Məlumatda bildirilir ki, həmin azərbaycanlılara ailələri ilə çox nadir hallarda telefon əlaqəsi saxlamağa imkan verirlər.
O da vurğulanır ki, onların yaxınları məsələ ilə bağlı artıq Azərbaycanın Rusiyadakı səfirliyinə və digər aidiyyəti orqanlara müraciət edib.
Qeyd edək ki, Rusiyanın miqrantları müxtəlif yollarla Ukrayna müharibəsinə cəlb etməsi yeni məlumat deyil. Moskva müxtəlif şirnikləndirici vasitələr, aldadılma, hədə-qorxu və s. üsullarla miqrantları döyüş bölgəsinə göndərir.
Bəzi hallarda isə ayrı-ayrı ölkələrin vətəndaşları heç bir hərbi hazırlıq, təlim keçmədən ön cəbhəyə göndərilir. Rusiya-Ukrayna müharibəsində döyüşlərə cəlb olunmuş Azərbaycan vətəndaşlarının həlak olması, yaxud itkin düşməsi barədə məlumatlara tez-tez rast gəlinir. Rusiyanın iş dalınca, yaxud başqa məqsədlə bu ölkəyə üz tutmuş miqrantları Ukrayna ilə müharibəyə cəlb etməsi heç bir normaya sığmır. Miqrantların düşdüyü çətin vəziyyətindən istifadə edərək, onları birbaşa ölümə göndərməklə Rusiya insan haqlarına, miqrasiya qanunlarına heç bir əhəmiyyət vermədiyini bir daha ortaya qoyur.
13:35 / 07 Yanvar 2026
18
13:15 / 07 Yanvar 2026
22
13:06 / 07 Yanvar 2026
28
13:05 / 07 Yanvar 2026
158
13:01 / 07 Yanvar 2026
28
12:52 / 07 Yanvar 2026
32
12:52 / 07 Yanvar 2026
37
12:48 / 07 Yanvar 2026
29
12:45 / 07 Yanvar 2026
165
12:41 / 07 Yanvar 2026
39
12:35 / 07 Yanvar 2026
53
12:32 / 07 Yanvar 2026
48
12:31 / 07 Yanvar 2026
40
12:28 / 07 Yanvar 2026
35
12:25 / 07 Yanvar 2026
38
12:17 / 07 Yanvar 2026
788
12:10 / 07 Yanvar 2026
38
12:07 / 07 Yanvar 2026
40
12:04 / 07 Yanvar 2026
39
11:59 / 07 Yanvar 2026
54
11:55 / 07 Yanvar 2026
41
11:52 / 07 Yanvar 2026
44
11:41 / 07 Yanvar 2026
333
11:28 / 07 Yanvar 2026
551
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.