İranlı diplomat bu ölkəyə qaçdı
04 Fevral 2026, 22:43
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
571
04.01.2026, 16:02
ABŞ Prezdenti Donald Tramp son çıxışında Venesueladan sonra növbənin Kuba, Meksika və Kolumbiyaya çatacağına işarə edib. Bu dövlətlər narahat olmalıdırlar. Dövlət katibi Marko Rubio Trampın özündən əvvəlki Prezidentlərdən fərqini belə qiymətləndirib: “Tramp nə deyirsə, onu da edir”.
Oxu24.com xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.
Politoloq xatırladıb ki, ABŞ Kubada 1959-cu il inqilabından sonra Kastro rejimini devirmək üçün müxtəlif üsullara əl atdı, heç biri işə yaramadı, sonra SSRİ-nin “azadlıq adasından” nüvə başlıqlı raketlərini çıxarması qarşılığında Vaşinqton Kuba rejimini devirməyəcəyi vədini verdi: "Ancaq bu vədlər tarixdə qalıb, SSRİ yoxdur, Kastro da, üstəgəl Kuba artıq Venesueladan ucuz neft ala bilməyəcək və bu hal kubalıların sosial dumurunu ağırlaşdıracaq. Tramp və onun Kuba əsilli dövlət katibi Rubio bu durumdan öz məqsədləri üçün istifadə barədə düşünə bilərlər".
Elxan Şahinoğlu bildirib ki, ABŞ xüsusi təyinatlıları Kolumbiyada keçmiş illərdə narkokartellərə qarşı müxtəlif əməliyyatlar həyata keçiriblər: "1990-cı illərin əvvəllərində məşhur kolumbiyalı narkobaron Pablo Eskobara qarşı əməliyyatda amerikalı hərbi mütəxəssislər də iştirak ediblər. Kolumbiyanın hazırki Prezidenti solçu və partizan hərəkatının keçmiş üzvü Qustavo Petrodur. O Venesuela Prezidenti Nikolas Maduronun oğurlanmasına ən sərt reaksiya verən dövlət başçılarındandır. Bu baxımdan Kolumbiyanı ram etmək asan olmayacaq. Meksikaya gəldikdə, ABŞ-ın bu ölkənin narkokartelləri ilə mübarizə təcrübəsi var, indinin özündə Amerika həbsxalanalrında kifayət qədər meksikalı narkotacirlər var".
Həmçinin oxuyun
"Son hadisələrdən ən çox narahat olan ölkələrin başında Çin gəlir. Bunun bir neçə səbəbi var. Birincisi, Pekin Maduro ilə razılaşma əsasında Venesuela neftinin əsas alıcılarından idi. İkinci Çin şirkətləri Maduronin xeyri-duasıyla Venesuelanın nadir torpaq elementlərinin çıxarılması layihələrinə cəlb olunmuşdular. Pekində düşünürlər ki, Venesuelaya Amerikanın dəstək verdiyi siyasətçi rəhbər təyin olunarsa, Çin bu Latın Amerika ölkəsinin zənginliklərindən faydalana bilməyəcək. Halbuki, Tramp son çıxışında ABŞ-ın Venesuela neftinə sahib olmasından sonra bu ölkənin Çinə də neft satmaqda davam edə biləcəyini vurğulayıb. Çətin Pekin bu vədə inansın. Çünki, Trampın əsas hədəfi Rusiya deyil, Çindir və Ağ Ev sahibi müxtəlif çıxışlarında bunu gizlətməyib. Pekin Venesuela cəmiyyətinin Vaşinqtonun hökmranlığına müqavimət göstərməsini istəyir. Ancaq hələ ki, Veneseulada Amerikaya etiraz səsləri eşidilmir. Pekin başqa cəhdlərə də əl atıb. Çin Vaşinqtondan Maduro və onun həyat yoldaşını azad etməsini istəyib. Pekin baş verənlərin BMT Təhlükəsizlik Şurasında müzakirəsini də tələb edib. Pekin əlindən gələni edəcək ki, Trampın Venesuela əməliyyatı ABŞ-yə siyasi və iqtisadi mənada baha başa gəlsin, bu ölkə Amerika üçün ikinci İraqa və ya Əfqanıstana çevrilsin.
Bu arada, Pekin Tayvan adası ətrafında hərbi gəmilərinin və hərbi təlimlərinin sayını artıracaq. Venesuelada baş verənlərin fonunda Çin hakimiyyəti Tayvanı nəzarətə götürmək planlarını reallaşdırmaq barədə də düşünə bilər. Məntiq sadədir: “ABŞ beynəlxalq hüquqa zidd olaraq Venesuelaya müdaxilə edirsə, Çinin də özünə aid adanı ram etmək hüququ var”. Ancaq məsələ burasındadır ki, Tramp administrasiyasi Tayvanı da özününkü sayır və adanı Çinə təhvil vermək kimi planı yoxdur" - politoloq əlavə edib.
11:56 / 05 Fevral 2026
7
11:45 / 05 Fevral 2026
158
11:38 / 05 Fevral 2026
31
11:23 / 05 Fevral 2026
53
11:22 / 05 Fevral 2026
147
11:12 / 05 Fevral 2026
416
11:10 / 05 Fevral 2026
43
11:01 / 05 Fevral 2026
52
10:56 / 05 Fevral 2026
34
10:51 / 05 Fevral 2026
44
10:38 / 05 Fevral 2026
46
10:36 / 05 Fevral 2026
66
09:01 / 05 Fevral 2026
75
08:58 / 05 Fevral 2026
172
08:57 / 05 Fevral 2026
96
00:23 / 05 Fevral 2026
824
00:07 / 05 Fevral 2026
1279
23:58 / 04 Fevral 2026
346
23:53 / 04 Fevral 2026
866
23:38 / 04 Fevral 2026
277
23:29 / 04 Fevral 2026
2035
22:51 / 04 Fevral 2026
502
22:47 / 04 Fevral 2026
307
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.