Ermənistanda revanşistlər hərəkətə keçdi - Nə baş verir?
15 May 2026, 14:58
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1002
02.01.2026, 19:24
Hələ ötən il sentyabrın əvvəlində İsrail Müdafiə Ordusu Livanın cənubundakı hava hücumunda “Hizbullah” hərəkatını dəstəkləyən iranlı döyüşçünün öldürüldüyünü bildirdi. Hərbçilərin məlumatına görə, Vasim Səid Cabai adlı döyüşçü Tir yaxınlığındakı Ayn Baal şəhərində hücuma məruz qalıb.
Sentyabrın 15-də isə İsrail ordusu Livanın cənubuna yeni bir zərbə endirdi.
Hədəf Nəbatiyə şəhəri ərazisində yerləşən “Hizbullah” qərargahı idi və burada qərargahın olması İsrail və Livan arasındakı atəşkəs rejimi ilə bağlı müqavilələrin pozulması deməkdir.
“Hizbullah”ın Radvan Qüvvələrinin tank əleyhinə bölməsinin komandiri Zeyn əl-Abidin Hüseyn Fatunini məhv edilməsi isə İsrail Ordusunun oktyabrdakı “əl işi” oldu.
Bu gün isə İsrail Hərbi Hava Qüvvələri (ÇAXAL) Livanın cənubunda “Hizbullah” təşkilatının təlim düşərgəsi və digər hərbi obyektlərinə hava zərbələri endirib.
Oxu24.com xəbər verir ki,Hərbi nazirliyin məlumatına görə, düşərgə “Radvan” bölməsi tərəfindən döyüşçülərin təlimi və hazırlanması üçün istifadə olunub. Bundan əlavə, son dövrlərdə “Hizbullah” döyüşçüləri tərəfindən silahların saxlanılması üçün istifadə edilən hərbi binalar da hədəfə alınıb.
İxtisarla yazdığımız bu məlumatlardan belə görünür ki, İsrail ordusu “Hizbullah”ı bitirməyənə qədər nə imzaladığı üqavilələrə önəm verəcək, nə də ona ane olağa çalışanlara!
Qeyd edək ki, ötən ilin bu günü “Hizbullah”ın birinci baş katibi Sübhi əl-Tufayli açıqlamasında bir etiraf etmişdi: “Hamı bilir ki biz Suriyada yerli sünnilərə qarşı vuruşmuşuq”.
Əl-Tufaylinin açıqlamasından məlum oldu ki, İran, Hizbullah və Rusiya İŞİD-ə qarşı mübarizəni bəhanə edərək Suriya müxalifətinə qarşı döyüb: “Sonra ruslar da digərləri kimi İŞİD-dən başqa hamı ilə döyüşməyə gəldilər”.
P.S. Əgər Müsəlman(şiə) müsəlmanı ( sünni) qırırsa, qeyri müsəlman niyə müsəlmanı qırmasın ki?- sualı verməkdən özümüzü saxlaya bilmədik.
Əntiqə Rəşid
15:10 / 15 May 2026
29
15:04 / 15 May 2026
127
14:58 / 15 May 2026
38
14:54 / 15 May 2026
38
14:48 / 15 May 2026
394
14:47 / 15 May 2026
33
14:34 / 15 May 2026
40
14:25 / 15 May 2026
50
14:19 / 15 May 2026
44
14:11 / 15 May 2026
50
13:58 / 15 May 2026
51
13:54 / 15 May 2026
127
13:50 / 15 May 2026
57
13:45 / 15 May 2026
68
13:38 / 15 May 2026
55
13:17 / 15 May 2026
56
13:13 / 15 May 2026
315
13:08 / 15 May 2026
64
13:01 / 15 May 2026
62
12:51 / 15 May 2026
392
12:50 / 15 May 2026
61
12:40 / 15 May 2026
95
12:38 / 15 May 2026
111
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.