Hantavirusu evdə belə yoxlamaq olar
15 May 2026, 19:47
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1403
01.01.2026, 13:37
Türkiyə turizm ölkəsi kimi bütün dünyanın diqqət mərkəzində olub. Xüsusən, azərbaycanlıların bu ölkəyə marağı qarşısıalınmaz bir səviyyədədir. Odur ki, Türkiyədə terror hadisələrinin intensivliyi ölkənin, xüsusən meqapolis şəhər olan İstanbulun asayiş qurumlarını ayıq-sayıq olmağa sövq edir.
Oxu24.com xəbər verir ki, İstanbul Baş Prokurorluğu 1 yanvar 2025-ci il tarixindən bəri terrorizmlə bağlı araşdırmalar çərçivəsində 2452 əməliyyat tədbiri həyata keçirildiyini, 4885 şübhəli haqqında cinayət işi başlandığını, çoxsaylı silah və sursatın, eləcə də milyonlarla türk lirəsi nağd pul və qızılın müsadirə edildiyini açıqlayıb.
Xatırladaq ki, 8 il əvvəlin bu günü Türkiyədə 10 ilin ən qorxunc terror hadisəsi baş verib.
2017-ciil , yanvarın 1-də yerli vaxtla saat 01.15 (Bakı vaxtı ilə 02.15) radələrində naməlum silahlı şəxs İstanbuldakı "Reina" gecə klubuna yaxınlaşaraq, girişdə duran polis əməkdaşını və mülki şəxsi qətlə yetirib, sonra isə içəri daxil olaraq oradakı insanlara atəş açıb. Hücum zamanı gecə klubunda Yeni il bayramını qeyd edən 600-dək insan olub. Nəticədə 39 nəfər ölüb, 69 nəfər isə müxtəlif dərəcəli yara alıb.
1988-ci il təvəllüdlü Rusiya vətəndaşı olan azərbaycanlı Nurana Həsənova da terrorçunun gülləsinə tuş gəlmişdi. Onun meyiti yanvarın 2-də Azərbaycana göndərildi.
Həmin ilin may ayında isə əyləncə mərkəzi buldozerlərlə söküldü.
Əntiqə Rəşid
21:31 / 15 May 2026
1
21:21 / 15 May 2026
31
21:10 / 15 May 2026
30
20:59 / 15 May 2026
37
20:55 / 15 May 2026
39
20:22 / 15 May 2026
65
20:06 / 15 May 2026
77
19:57 / 15 May 2026
180
19:47 / 15 May 2026
184
19:38 / 15 May 2026
79
19:17 / 15 May 2026
155
19:09 / 15 May 2026
111
19:01 / 15 May 2026
78
18:50 / 15 May 2026
88
18:40 / 15 May 2026
97
18:28 / 15 May 2026
113
18:07 / 15 May 2026
92
18:00 / 15 May 2026
103
17:47 / 15 May 2026
222
17:12 / 15 May 2026
80
17:00 / 15 May 2026
255
17:00 / 15 May 2026
91
16:56 / 15 May 2026
207
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.