Bu ölkədə uşaqlar sosial şəbəkələrə daxil ola bilməyəcək
27 Yanvar 2026, 21:48
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
528
31.12.2025, 12:59
"The New York Times" yazır ki, ABŞ-ın hərbi yardımını mart ayında müvəqqəti dayandırmasından sonra Donald Trampın komandası ilk dəfə Ukraynadan müharibənin dayandırılması naminə ərazi güzəştlərinə razılıq almağa nail olub.
Oxu24.com xəbər verir ki, nəşrin məlumatına görə, 11 martda Səudiyyə Ərəbistanında keçirilən qapalı görüşdə ABŞ dövlət katibi Marko Rubio Ukrayna nümayəndə heyətinin qarşısına cəbhə xətti işarələnmiş iri Ukrayna xəritəsini sərib və açıq sual verib:
“Dövlət kimi yaşamaq üçün sizin keçilməz qırmızı xətləriniz hansılardır?”
Həmin vaxt Trampın müşaviri Uolts Ukraynanın müdafiə naziri Rüstəm Umerova tünd-göy marker uzadaraq “Çəkməyə başlayın” deyib. Umerov Ukraynanın şimal sərhədini Rusiya və Belarusla, daha sonra isə təmas xəttini Xarkov, Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətləri boyunca xəritədə qeyd edib.
Umerov ayrıca Zaporojye Atom Elektrik Stansiyasını dairəyə alaraq rus qüvvələrinin stansiyanın təhlükəsiz istismarını təmin edə bilmədiyini, bunun “nüvə fəlakəti” riski yaratdığını bildirib və Kiyevin stansiyanı geri qaytarmaq istədiyini vurğulayıb. O, həmçinin Kinburn dilini göstərərək bu əraziyə nəzarətin bərpasının Nikolayev gəmiqayırma zavodlarına dəniz yolunu açacağını qeyd edib.
Həmçinin oxuyun
NYT xatırladır ki, müharibənin ilk üç ili ərzində Ukrayna prezidenti Volodimir Zelenski dəfələrlə bütün ərazilər azad olunana qədər mübarizənin davam edəcəyini bəyan etmişdi. Lakin amerikalı rəsmilərin sözlərinə görə, məhz bu görüş dönüş nöqtəsi oldu: “İlk dəfə Zelenski öz nümayəndələri vasitəsilə sülh naminə ölkənin təxminən 20%-nə dair güzəştə hazır olduğunu göstərdi”.
Trampın müşavirləri həmin gün bir-birlərinə Ukrayna tərəfinin artıq “tələdə” olduğunu deyiblər. Elə həmin günün sonunda Donald Tramp hərbi yardımın bərpası barədə göstəriş verib və onun komandası mümkün razılaşmanın parametrlərini formalaşdırmağa başlayıb.
Məqalədə qeyd olunur ki, Rubio ukraynalılara ABŞ-ın işğal edilmiş ərazilər üzərində Rusiyanın yurisdiksiyasını tanımaq niyyətində olduğunu da deyib, lakin Kiyev və Avropa paytaxtlarından eyni addımı tələb etməyəcəyini əlavə edib:
“Bunu yalnız biz edəcəyik”, – deyə Rubio mart ayında bildirib.
NYT-nin təhlilinə görə, Səudiyyə Ərəbistanındakı həmin masa arxasında çəkilən xətlər Ukrayna üzrə gələcək diplomatik razılaşmaların çərçivəsini müəyyənləşdirən ən mühüm anlardan biri olub.(Musavat.com)
22:08 / 27 Yanvar 2026
21
21:54 / 27 Yanvar 2026
20
21:48 / 27 Yanvar 2026
26
21:30 / 27 Yanvar 2026
47
21:18 / 27 Yanvar 2026
1204
21:10 / 27 Yanvar 2026
55
20:57 / 27 Yanvar 2026
44
20:49 / 27 Yanvar 2026
86
20:48 / 27 Yanvar 2026
51
20:44 / 27 Yanvar 2026
43
20:26 / 27 Yanvar 2026
53
20:19 / 27 Yanvar 2026
80
20:14 / 27 Yanvar 2026
86
20:09 / 27 Yanvar 2026
310
20:05 / 27 Yanvar 2026
67
19:58 / 27 Yanvar 2026
107
19:45 / 27 Yanvar 2026
74
19:42 / 27 Yanvar 2026
617
19:36 / 27 Yanvar 2026
65
19:28 / 27 Yanvar 2026
72
19:27 / 27 Yanvar 2026
79
19:24 / 27 Yanvar 2026
55
19:19 / 27 Yanvar 2026
60
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.