Yadplanetlilərin Yerə hücumu nə ilə nəticələnə bilər
25 May 2026, 00:01
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
536
21.10.2025, 17:05
Macarıstan parlamenti Rusiya-Ukrayna müharibəsi səbəbindən fövqəladə vəziyyət rejimini altı ay uzadıb.
Oxu24.com xəbər verir ki, qanun layihəsinin lehinə 127 deputat, əleyhinə isə 56 deputat səs verib.
Fövqəladə vəziyyət Macarıstan hökumətinə və baş nazirinə parlament prosedurlarından yan keçməklə, fərman və qərarlar vasitəsilə operativ qərarlar qəbul etməyə imkan verir.
Sənədi, əvvəllər olduğu kimi, hakim Fides-Macar Vətəndaş Birliyi partiyasının üzvləri və onların Xristian Demokratlardan olan müttəfiqləri dəstəkləyib, müxalifət üzvləri isə uzadılmasını tənqid ediblər.
2022-ci ilin mayında Rusiyanın Ukraynaya təcavüzü başlayandan sonra hökumət 180 gün müddətinə fövqəladə vəziyyət elan edib və o vaxtdan bu rejimi altı dəfə uzadıb.
Parlament üzvləri qarşısında çıxış edən Macarıstanın ədliyyə katibi Robert Repaşi qeyd edib ki, Rusiya ilə Ukrayna arasında müharibə üç ildən artıqdır ki, davam edir və Macarıstandakı vəziyyətə mənfi təsir göstərməkdə davam edir.
“Onun mənfi nəticələri bizim gündəlik həyatımızın bir hissəsinə çevrilib və bu, xüsusi hüquqi nizam-intizamın saxlanmasının əsasını açıq şəkildə nümayiş etdirir”, - deyə o, izah edib.
R.Repaşi vurğulayıb ki, hökumət fövqəladə vəziyyətin gələn il mayın 13-dək uzadılmasını zəruri hesab edir, bu isə o deməkdir ki, 2026-cı ilin aprelinə təyin edilmiş parlament seçkiləri xüsusi qanunvericiliyə uyğun keçiriləcək.
Bu sərəncam ilk dəfə 2020-ci ildə COVID-19 pandemiyası fonunda təqdim edilib və Nazirlər Kabinetinə ölkəni idarə etmək üçün genişləndirilmiş səlahiyyətlər verilib və dərhal müxalifət və Aİ liderlərinin tənqidinə tuş gəlib. Vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamlarına baxmayaraq, fövqəladə vəziyyətlə bağlı qanun pozuntusu qeydə alınmayıb.
Nigar
00:05 / 25 May 2026
94
00:01 / 25 May 2026
198
00:01 / 25 May 2026
160
23:58 / 24 May 2026
141
23:36 / 24 May 2026
334
23:32 / 24 May 2026
337
23:23 / 24 May 2026
163
23:13 / 24 May 2026
200
23:13 / 24 May 2026
453
23:03 / 24 May 2026
219
22:43 / 24 May 2026
81
22:18 / 24 May 2026
95
22:04 / 24 May 2026
349
21:40 / 24 May 2026
171
21:39 / 24 May 2026
923
21:30 / 24 May 2026
165
20:41 / 24 May 2026
127
20:19 / 24 May 2026
116
20:11 / 24 May 2026
97
19:39 / 24 May 2026
213
19:09 / 24 May 2026
403
18:55 / 24 May 2026
222
18:37 / 24 May 2026
425
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.