Qaynar xətt:

(+99450) 247 90 86

Tramp Çinə səfərə hazırdır 

news/2025_08_15/tramp_esas_1755284607.jpg

DÜNYA

431

20.10.2025, 23:46

ABŞ prezidenti Donald Tramp Çinə səfərinin 2026-cı ilin əvvəlinə planlaşdırıldığını açıqlayıb.

O, Ağ Evdə Avstraliyanın baş naziri Entoni Albanese ilə görüşdən əvvəl jurnalistlərin suallarını cavablandırarkən, "Məni Çinə dəvət etdilər və gələn ilin əvvəlində ora gedəcəyəm. Biz bu barədə demək olar ki, razılaşdıq", deyib.

Trampın sözlərinə görə, ABŞ hökuməti Tayvanla bağlı Çinlə gərginliyin kəskin artacağını gözləmir.

"Düşünürəm ki, Çinlə yaxşı olacağıq. Çin bunu istəmir. Əvvəla, Birləşmiş Ştatlar dünyanın ən güclü hərbi gücüdür. Onun tayı-bərabəri yoxdur, hətta yaxını da yoxdur. Bizdə ən yaxşı silahlar var. Bizdə hər şeyin ən yaxşısı var və heç kim bununla bağlı zarafat etmək fikrində deyil".

"Çin sədri Si Cinpinlə isə bunun ümumiyyətlə baş verdiyini görmürəm. Düşünürəm ki, Tayvana gəldikdə biz çox yaxşı anlaşacağıq", - ABŞ prezidenti əlavə edib.

Nigar