Türkiyədə 4,3 bal gücündə zəlzələ baş verib
17 Noyabr 2026, 21:38
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
293
03.06.2025, 17:35
NATO alyansın üzvü olan Avropa ölkələrindən Rusiyadan gələn təhdid səbəbindən hava hücumundan müdafiə imkanlarını beş dəfə artırmağı xahiş edir.
Oxu24.com xəbər verir ki, bu barədə mənbələrə istinadən Bloomberg məlumat yayıb.
“Qoşunların sayının artırılması məsələsi Şimali Atlantika Alyansına üzv ölkələrin müdafiə nazirlərinin cümə axşamı Brüsseldə keçiriləcək görüşündə müzakirə olunacaq.",-deyə məlumatda bildirilir.
Agentliyin məlumatına görə, NATO hava hücumundan müdafiə imkanlarını artırmaqla “əsas boşluğu doldurmağı” planlaşdırır. Lakin qərarın verilmə vaxtı dəqiqləşdirilməyib.
Yanvar ayında The Sunday Times qəzeti Böyük Britaniyadakı hərbi obyektlərin potensial düşmənlər üçün asan hədəfə çevrilə biləcəyini, çünki London raketdən müdafiə üçün lazımi vəsait ayırmadığını yazmışdı. Nəşr qeyd edib ki, zəifliklər NATO ekspertləri tərəfindən aparılan yoxlama çərçivəsində müəyyən edilib.
Mart ayında Brüsseldə keçirilən müdafiə sammitinin iştirakçıları qərara gəliblər ki, Avropa İttifaqının hərbi-sənaye kompleksinin inkişafı prosesində hava hücumundan müdafiə sistemlərinin və pilotsuz uçuş aparatlarının təkmilləşdirilməsinə xüsusi diqqət yetiriləcək. İnkişaf üçün digər prioritet sahələrə kiberməkan, süni intellekt və elektron müharibə daxildir.
Bundan əvvəl məlum olub ki, Belçika Aİ və NATO obyektlərini qorumaq üçün hava hücumundan müdafiə sistemləri alacaq.
Miri
11:49 / 18 Noyabr 2026
30
11:43 / 18 Noyabr 2026
35
11:39 / 18 Noyabr 2026
54
11:35 / 18 Noyabr 2026
63
11:32 / 18 Noyabr 2026
71
11:22 / 18 Noyabr 2026
286
11:19 / 18 Noyabr 2026
82
11:15 / 18 Noyabr 2026
73
11:13 / 18 Noyabr 2026
68
11:11 / 18 Noyabr 2026
411
11:08 / 18 Noyabr 2026
78
10:21 / 18 Noyabr 2026
90
10:18 / 18 Noyabr 2026
100
10:14 / 18 Noyabr 2026
97
10:01 / 18 Noyabr 2026
94
09:11 / 18 Noyabr 2026
106
08:32 / 18 Noyabr 2026
129
00:38 / 18 Noyabr 2026
168
23:54 / 17 Noyabr 2026
169
23:36 / 17 Noyabr 2026
203
23:10 / 17 Noyabr 2026
193
23:03 / 17 Noyabr 2026
366
22:45 / 17 Noyabr 2026
209
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.