Qaynar xətt:

(+99450) 247 90 86

200-dən çox məhbus zəlzələ zamanı həbsxanadan qaçıb

news/2025_06_03/60e7d3a0_4c0e_30e4_9ad3_66e883d4446c_850_1748937504.jpg

DÜNYA

644

03.06.2025, 11:57

Karaçidəki (Pakistan) Malir dairə həbsxanasından 200-dən çox məhbus zəlzələ zamanı təxliyə edildikdən sonra qaçmağa müvəffəq olub.

Oxu24.com xəbər verir ki, bu barədə Pakistan KİV-i yerli polisə istinadən məlumat yayıb.

Bildirilib ki, polis ərazini mühasirəyə alıb, nəticədə 78 məhbus tutulub, bir nəfər atışma zamanı öldürülüb. Üç təhlükəsizlik əməkdaşı yaralanıb.

Ümumilikdə təxminən 2 min məhbus təxliyə edilib, onlardan 213 nəfər qaçıb.