Türkiyədə 4,3 bal gücündə zəlzələ baş verib
17 Noyabr 2026, 21:38
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
298
02.06.2025, 20:09
Almaniya, Kolumbiya, Hollandiya və digər ölkələrdən olan beynəlxalq alimlər qrupu Kolumbiyanın Altiplano yaylasında 6000 il əvvəl mövcud olmuş naməlum sivilizasiyanın izlərini aşkar ediblər.
Oxu24.com xəbər verir ki,tədqiqat Science Advances (SciAdv) elmi jurnalında dərc olunub.
Komanda 21 qədim skeletin DNT-sini tədqiq edib. Təhlillər göstərdi ki, burada uzaq keçmişdə ovçu-yığıcılar yaşayıb. Amma 2000 il əvvəl bölgənin əhalisi tamamilə yenilənib.
Kolumbiya Milli Universitetindən genetik Andrea Kasas-Varqas, "Bu, heç bir genetik irsi olmayan orijinal populyasiyanın tamamilə yox olması ilə bağlı qeyri-adi bir hadisədir",-deyə o bildirib.
İbtidai ovçu-yığıcılardan dulusçuluq və kənd təsərrüfatına yiyələnmiş daha inkişaf etmiş cəmiyyətə doğru mədəni keçid xüsusi maraq doğurur. Bu insanlar 16-cı əsrdə avropalılar gələnə qədər bölgədə qaldılar.
Tədqiqat həmçinin Cənubi Amerikada, o cümlədən Avstraliya aborigenləri ilə gözlənilməz genetik əlaqələrin aşkar edildiyi mürəkkəb miqrasiya modelini təsdiqlədi.
Alimlər Şimali və Cənubi Amerika arasında körpü rolunu oynamış bu əsas bölgədə qədim əhalinin yoxa çıxmasının səbəblərini və miqrasiya nümunələrinin təfərrüatlarını müəyyən etmək üçün araşdırmalarını davam etdirirlər.
Bundan əvvəl Qvatemalada 3000 illik naməlum Mayya şəhəri aşkar edilmişdi.
Nigar
12:03 / 18 Noyabr 2026
21
12:03 / 18 Noyabr 2026
375
11:49 / 18 Noyabr 2026
81
11:43 / 18 Noyabr 2026
56
11:39 / 18 Noyabr 2026
70
11:35 / 18 Noyabr 2026
76
11:32 / 18 Noyabr 2026
79
11:22 / 18 Noyabr 2026
351
11:19 / 18 Noyabr 2026
92
11:15 / 18 Noyabr 2026
77
11:13 / 18 Noyabr 2026
73
11:11 / 18 Noyabr 2026
495
11:08 / 18 Noyabr 2026
85
10:21 / 18 Noyabr 2026
93
10:18 / 18 Noyabr 2026
104
10:14 / 18 Noyabr 2026
102
10:01 / 18 Noyabr 2026
97
09:11 / 18 Noyabr 2026
111
08:32 / 18 Noyabr 2026
138
00:38 / 18 Noyabr 2026
168
23:54 / 17 Noyabr 2026
171
23:36 / 17 Noyabr 2026
204
23:10 / 17 Noyabr 2026
193
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.