Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya ordusu Zaporojye zərbə endirdi - yaralılar var

news/2025_06_01/rusiya_ordusu_1748762528.jpg

DÜNYA

333

01.06.2025, 11:23

Bu gün səhər saatlarında Rusiya Silahlı Qüvvələri Ukraynanın Zaporojye vilayətinə ən azı yeddi "Şahed" tipli dronla hücum həyata keçirib.

Oxu24.com-un məlumatına görə, bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov məlumat verib.

Fedorovun sözlərinə görə, hücum nəticəsində vilayətdə yerləşən kritik infrastruktur obyektlərindən biri zərər görüb, inzibati binanın bir hissəsi dağılıb və ərazidə yanğın baş verib.

Həmçinin, şəxsi evlərin yerləşdiyi ərazilər də atəşə tutulub. Bir ev tamamilə dağılıb və burada da yanğın qeydə alınıb. Hadisə nəticəsində bir qadın xəsarət alıb.

Ümumilikdə Poloji rayonu və Zaporojye şəhərində baş verən hücumlar nəticəsində dörd nəfər yaralanıb.