Türkiyədə 4,3 bal gücündə zəlzələ baş verib
17 Noyabr 2026, 21:38
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
290
29.05.2025, 18:08
Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib ki, Ukraynanın Avropa İttifaqına daxil olması vahid Avropa üçün əsas layihəyə çevrilməlidir.
Onun sözlərinə görə, Avropa öz müstəqilliyini qurmalıdır və bunun üçün təkcə müdafiə xərclərini artırmaq deyil, həm də Ukrayna, Moldova, Gürcüstan və Qərbi Balkanlar daxil olmaqla İttifaqı genişləndirmək lazımdır.
Bu barədə “Politico” məlumat yayıb.
Von der Leyen vurğulayıb ki, Avropa yeni dövrün astanasındadır və növbəti birləşdirici layihə müstəqilliyə aparan yol olmalıdır. O xatırladıb ki, İkinci Dünya Müharibəsinin başa çatması, ümumi bazarın yaradılması və 1989-cu ildən sonra Avropanın birləşməsi kimi tarixi mərhələlər Aİ-nin formalaşmasında mərhələlər olub. İndi növbəti addımı atmağın vaxtıdır.
Onun sözlərinə görə, Avropa o zaman həqiqi müstəqil ola bilər ki, müdafiəni gücləndirməklə sülhü təmin etsin, iqtisadi artım üçün innovasiyaları təşviq etsin, tarixi birləşmə naminə sərhədlərini genişləndirsin, daxili və xarici təhlükələrdən qorunmaq üçün demokratiyanı gücləndirsin. O qeyd edib ki, əvvəllər Avropa İttifaqının müdafiə ehtiyacları üçün 800 milyard avro ayıra biləcəyini təsəvvür etmək mümkün deyildi, lakin bu gün bu, reallığa çevrilir.
Von der Leyen qəti əminliyini ifadə etdi ki, yalnız daha böyük və vahid Avropa qlobal nizama təsir göstərə bilər və Ukrayna və digər ölkələrin qoşulması bu baxışın bir hissəsidir.
Nigar
13:12 / 18 Noyabr 2026
64
12:55 / 18 Noyabr 2026
68
12:53 / 18 Noyabr 2026
89
12:51 / 18 Noyabr 2026
123
12:32 / 18 Noyabr 2026
670
12:28 / 18 Noyabr 2026
88
12:20 / 18 Noyabr 2026
262
12:15 / 18 Noyabr 2026
92
12:10 / 18 Noyabr 2026
121
12:03 / 18 Noyabr 2026
92
12:03 / 18 Noyabr 2026
399
11:49 / 18 Noyabr 2026
184
11:43 / 18 Noyabr 2026
101
11:39 / 18 Noyabr 2026
110
11:35 / 18 Noyabr 2026
115
11:32 / 18 Noyabr 2026
108
11:22 / 18 Noyabr 2026
593
11:19 / 18 Noyabr 2026
138
11:15 / 18 Noyabr 2026
111
11:13 / 18 Noyabr 2026
103
11:11 / 18 Noyabr 2026
889
11:08 / 18 Noyabr 2026
118
10:21 / 18 Noyabr 2026
131
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.