Türkiyədə 4,3 bal gücündə zəlzələ baş verib
17 Noyabr 2026, 21:38
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
576
27.05.2025, 13:16
İsrail iyunda Nyu-Yorkda keçiriləcək beynəlxalq konfransda Fələstin dövlətinin tanınacağı təqdirdə cavab addımları atacağı ilə bağlı Avropa ölkələrinə xəbərdarlıq edib.
Oxu24.com xəbər verir ki, bu barədə İsrail mediası yazır.
Belə ki, İsrailin xarici işlər naziri Gideon Saar britaniyalı həmkarı David Lammy və Fransanın xarici işlər naziri Jan-Noel Barroya bildirib ki, İsrail Fələstin dövlətinin tanınmasına İordan çayının qərb sahilindəki C ərazisini ilhaq etməklə və icazəsiz forpostları qanuniləşdirməklə cavab verə bilər.
Nazirin bəyanatı iyunun 18-də Nyu-Yorkda Fransa, Səudiyyə Ərəbistanı və bir sıra digər ölkələrin iştirakı ilə Fələstinin tanınması ilə bağlı beynəlxalq konfransa hazırlıq fonunda verilib.
İsrail Hayomun sözlərinə görə, konfransın təşəbbüskarı Fransa prezidenti Emmanuel Makrondur və bu gün bir çox dövlətlərin Fələstini rəsmən tanıyacağına ümid edir. Nəşr onu da qeyd edir ki, Birləşmiş Ştatlar konfransda iştirak etməmək qərarı barədə İsraili xəbərdar edib, lakin eyni zamanda digər ölkələrə onları cilovlamaq üçün açıq şəkildə təzyiq etməyəcək.
İsrail Fransanı Fələstini dövlət kimi tanımaq hərəkatına rəhbərlik etdiyinə görə qınayır.
Bu arada Agence France-Presse xəbər verir ki, Jan-Noel Barrot Ermənistana rəsmi səfəri zamanı Fələstinin xarici işlər naziri Varsen Ağabekyan-Çahine ilə görüşəcək və onunla Nyu-Yorkda keçiriləcək konfransı müzakirə edəcək.
Miri
14:44 / 18 Noyabr 2026
54
14:33 / 18 Noyabr 2026
62
14:22 / 18 Noyabr 2026
69
14:18 / 18 Noyabr 2026
80
14:06 / 18 Noyabr 2026
78
13:56 / 18 Noyabr 2026
84
13:12 / 18 Noyabr 2026
93
12:55 / 18 Noyabr 2026
94
12:53 / 18 Noyabr 2026
126
12:51 / 18 Noyabr 2026
209
12:32 / 18 Noyabr 2026
982
12:28 / 18 Noyabr 2026
115
12:20 / 18 Noyabr 2026
443
12:15 / 18 Noyabr 2026
117
12:10 / 18 Noyabr 2026
145
12:03 / 18 Noyabr 2026
101
12:03 / 18 Noyabr 2026
422
11:49 / 18 Noyabr 2026
232
11:43 / 18 Noyabr 2026
148
11:39 / 18 Noyabr 2026
158
11:35 / 18 Noyabr 2026
162
11:32 / 18 Noyabr 2026
146
11:22 / 18 Noyabr 2026
698
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.