Qaynar xətt:

(+99450) 247 90 86

Hindistan rekord miqdarda Rusiya nefti alır

DÜNYA

231

21.05.2025, 15:46

Hindistan may ayında Rusiya neftinin alışını kəskin şəkildə artıraraq gündəlik idxal həcmini rekord həddə - 1,8 milyon barelə çatdırıb ki, bu da son 10 ayın ən yüksək səviyyəsidir.

Bu barədə treyderlərin məlumatlarına istinadən Reuters agentliyi məlumat yayıb.

Xammalın tədarükü “Rosneft” dövlət şirkəti ilə uzunmüddətli müqavilə əsasında həyata keçirilir. İdxalın əsas həcmi ESPO (Şərqi Sibir-Sakit Okean) növüdür və analitiklərin fikrincə, hazırda dünya bazarında geniş şəkildə mövcuddur.

Hindistan neft emalı zavodlarından tələb güclü olaraq qalır, keçən həftə 10-dan çox ESPO xam neft tədarükü sifariş edilib və yükləmə iyun ayında başlayacaq. Təchizat axınının iyul ayına qədər davam edəcəyi gözlənilir.

Satınalmaların kəskin artması Rusiyanın “kölgə donanması”na və Rusiya neftinin ixracı ilə bağlı maliyyə strukturlarına qarşı Aİ və Böyük Britaniyanın yeni sanksiyalar paketinin hazırlanması ilə üst-üstə düşdü. Aİ Şurasının məlumatına görə, mayın 20-də 17-ci məhdudiyyətlər paketi təsdiqlənib və yaxın vaxtlarda yeni tədbirlər görülə bilər – xüsusən də, Ukraynada müharibəni maliyyələşdirən banklara qarşı qiymət limitinin sərtləşdirilməsi və sanksiyalar.

Analitiklər qeyd edirlər ki, Çinin dövlət şirkətlərinin sanksiyalara məruz qalan neftdən getdikcə daha çox yayınması Hindistanı idxalı artırmağa “sövq edib”, Çinin müstəqil neft emalı müəssisələri isə öz kvotalarını məhdudlaşdırıb.

Nigar