Qaynar xətt:

(+99450) 247 90 86

 Ərdoğan Macarıstana gedəcək  

 Ərdoğan Macarıstana gedəcək  

DÜNYA

310

20.05.2025, 17:35

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyə  Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Qeyri-rəsmi Zirvə toplantısında iştirak etmək üçün sabah Macarıstanın paytaxtı Budapeştə gedəcək.

Oxu24.com  xəbər verir   ki,  bu barədə  Kommunikasiyalar direktoru Fahrettin Altun sosial media hesabında prezident Ərdoğanın sabah Macarıstana səfər edəcəyini açıqlayıb.

Zirvə ərəfəsində TDT Dövlət Başçıları Şurasının toplantısına qatılacaq prezident Ərdoğan, iştirakçı dövlət və hökumət başçıları ilə də ikitərəfli görüşlər keçirəcək.

Altun, həmçinin “Şərqlə Qərbin qovuşması” mövzusu ilə keçiriləcək Budapeşt Zirvəsi çərçivəsində Türk Dövlətləri Təşkilatının institusional strukturunun gücləndirilməsi istiqamətində davam edən səylərin nəzərdən keçiriləcəyini və Budapeşt Bəyannaməsi də daxil olmaqla, müxtəlif sənəd və qərarların qəbulunun nəzərdə tutulduğunu bildirib.

Miri