Qaynar xətt:

(+99450) 247 90 86

Türkiyə Fələstindən deportasiya olunacaq məhbusları qəbul etməyə hazırdır

Türkiyə Fələstindən deportasiya olunacaq məhbusları qəbul etməyə hazırdır

DÜNYA

286

25.01.2025, 09:30

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

 

Üç ölkə Qəzza zolağında atəşkəs razılaşması çərçivəsində İsrail həbsxanalarından buraxıldıqdan sonra Fələstindən deportasiya oluna biləcək məhbusları qəbul etməyə hazırdır.

OXU24.COM xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Məlumata görə, bunlar Əlcəzair, Tunis və Türkiyədir.

Telekanala danışan mənbənin sözlərinə görə, bu dövlətlər Fələstindən qovulan məhbusların qəbuluna ilkin razılıq veriblər.

Konkret olaraq hansı məhbuslardan söhbət getdiyi və ya onların nə vaxt azadlığa buraxılmalı olduğu açıqlanmayıb.