Rusiya Ukraynanın infrastrukturuna ballistik raketlərlə kütləvi zərbə endirib
20 Noyabr 2026, 11:20
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
506
23.01.2025, 14:17
Son 24 saat ərzində cəbhədə 115 hərbi toqquşma qeydə alınıb. Ruslar ən çox hücumları Pokrovski, Limanski, Toretski və Kupyanski istiqamətlərində həyata keçiriblər.
OXU24.COM xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Dünən düşmən 4 raketdən istifadə etməklə Ukrayna bölmələrinin və yaşayış məntəqələrinin mövqelərinə 2 raket zərbəsi, 74 hava zərbəsi endirib", - deyə məlumatda bildirilib.
Kupyansk istiqamətində işğalçılar gün ərzində 7 dəfə hücuma keçiblər. Ukrayna əsgərləri Lozovaya, Zaqrızovo və Petropavlovkada onların hücumlarını dəf ediblər.
Liman istiqamətində rus ordusu Perşotravnevoy, Novosergiyevka, Zelenaya Dolina, Kuzminoye, Zelyonnıy Qay, Zareçnı, Yampolovka və Serebryanski meşəsində müdafiəni yarmağa çalışaraq 11 dəfə hücuma keçib.
Kramatorsk istiqamətində ruslar Çasovoy Yar ərazisində 2 dəfə hücuma keçiblər.
Bildirilir ki, Pokrovski istiqamətində Ukrayna müdafiəçiləri Yaşıl tarla, Mirolyubovka, Yelizavetivka, Lisovka, Leontoviçi, Zvyozdnı, Pokrovsk, Novosergiyevka, Kotlinı, Andreevka, Şevçenko, Daçnı, Ulaklı və Yantar istiqamətində Rusiya Federasiyasının 62 hücumunu və irəliləyişini dayandırıblar.
Bundan başqa, Novopavlovsk istiqamətində ruslar Konstantinopol və Vremevka yaxınlığında 5 dəfə hücuma keçiblər.
Dnepr istiqamətində rus qoşunları 3 dəfə ukraynalı əsgərləri mövqelərindən sıxışdırıb çıxarmağa çalışsalar da, itki verərək geri çəkiliblər.
Qeyd edilir ki, Kursk istiqamətində ukraynalı müdafiəçilər gün ərzində 9 hücumu dəf ediblər. Düşmən 21 hava hücumu həyata keçirib, 34 idarə olunan bomba atıb, həmçinin 9-u çoxsaylı raket sistemlərindən olmaqla 377 hücum həyata keçirib.
13:25 / 20 Noyabr 2026
1
13:17 / 20 Noyabr 2026
38
13:13 / 20 Noyabr 2026
44
13:08 / 20 Noyabr 2026
154
13:06 / 20 Noyabr 2026
51
13:01 / 20 Noyabr 2026
54
13:00 / 20 Noyabr 2026
75
12:52 / 20 Noyabr 2026
72
12:50 / 20 Noyabr 2026
60
12:48 / 20 Noyabr 2026
69
12:47 / 20 Noyabr 2026
155
12:37 / 20 Noyabr 2026
73
12:30 / 20 Noyabr 2026
67
12:23 / 20 Noyabr 2026
211
12:11 / 20 Noyabr 2026
77
11:43 / 20 Noyabr 2026
100
11:42 / 20 Noyabr 2026
193
11:36 / 20 Noyabr 2026
95
11:20 / 20 Noyabr 2026
123
11:05 / 20 Noyabr 2026
45
11:05 / 20 Noyabr 2026
98
11:03 / 20 Noyabr 2026
116
11:01 / 20 Noyabr 2026
116
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.