ABŞ-nin kəşfiyyat PUA-sı vurulub - SEPAH
21 Noyabr 2026, 18:29
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
559
02.12.2024, 19:17
Gürcüstanda müxalifətçilər hakim “Gürcü arzusu” partiyasının regional ofislərinə hücum edirlər.
Oxu24.com xəbər verir ki, bunu respublikanın baş naziri İrakli Kobaxidze bildirib.
“Dünən Kutaisidəki ofisimizi yandırmağa cəhd etdilər, bu gün Zestafonidəki partiya ofisinə daş atdılar və ofis işçisi olan qadınlardan birinin başını sındırdılar”,- deyə o bildirib.
Baş nazirin sözlərinə görə, hakim partiya müxalif siyasi qüvvələrdən daha böyük resursa malikdir və təxribatlara cavab vermək niyyətində deyil.
Bundan əvvəl Kobaxidze ölkədəki vəziyyətə görə müxalifətlə danışıqların aparılması imkanını istisna edirdi.
Noyabrın 28-dən Gürcüstanda hakimiyyətin ölkənin 2028-ci ilə qədər Avropa İttifaqına daxil olması ilə bağlı danışıqları dayandırdığını elan etməsindən sonra etirazlar keçirilir. Kobaxidzenin sözlərinə görə, bu qərar, özünün dediyi kimi, qrant və kreditlərdən şantaj vasitəsi kimi istifadə edən avropalı siyasətçilərin qəbuledilməz hərəkətləri ilə diktə edilib.
Aİ ilə danışıqlardan imtina liderləri hakimiyyətin hərəkətlərini “milli maraqlara xəyanət” adlandıran qərbyönlü müxalifətin kəskin narazılığına səbəb olub.
Tbilisidəki aksiyadan sonra neçə nəfərin xəstəxanaya yerləşdirildiyi daha əvvəl məlum olub.
Nigar
20:49 / 21 Noyabr 2026
21
20:33 / 21 Noyabr 2026
53
20:09 / 21 Noyabr 2026
523
19:14 / 21 Noyabr 2026
506
19:12 / 21 Noyabr 2026
101
18:41 / 21 Noyabr 2026
117
18:29 / 21 Noyabr 2026
108
18:19 / 21 Noyabr 2026
119
18:18 / 21 Noyabr 2026
126
17:54 / 21 Noyabr 2026
218
17:43 / 21 Noyabr 2026
2080
17:30 / 21 Noyabr 2026
154
17:17 / 21 Noyabr 2026
129
17:16 / 21 Noyabr 2026
161
17:08 / 21 Noyabr 2026
162
16:45 / 21 Noyabr 2026
128
16:39 / 21 Noyabr 2026
150
16:26 / 21 Noyabr 2026
304
16:20 / 21 Noyabr 2026
150
16:05 / 21 Noyabr 2026
131
16:00 / 21 Noyabr 2026
181
15:49 / 21 Noyabr 2026
178
15:48 / 21 Noyabr 2026
127
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.