BYD-nin satış və istehsalı qadağan edildi
22 Noyabr 2026, 13:47
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
305
28.10.2024, 18:21
İndoneziya hakimiyyəti şəxsi istifadə üçün iPhone 16-nın ölkəyə idxalına icazə verəcəklərini, lakin onların satışını qəti şəkildə qadağan etdiklərini açıqlayıb.
Qərar yerli istehsalı artırmaq və xarici mallardan asılılığı azaltmaq səylərinin bir hissəsi kimi qəbul edilib.
Oxu24.com xəbər verir ki, bu barədə The Straits Times (TST) məlumat yayıb.
İndoneziya Ticarət Nazirliyi iPhone 16 idxal icazəsinin yalnız şəxsi istifadəyə aid olduğunu və kommersiya fəaliyyətini əhatə etmədiyini açıqlayan rəsmi açıqlama yayıb. Bu o deməkdir ki, insanlar xaricdə cihazları alıb öz istifadələri üçün İndoneziyaya gətirə bilərlər, lakin onların ölkə daxilində satışı qadağandır.
Ekspertlər hesab edirlər ki, bu qərar yerli smartfon bazarının inkişafına müsbət təsir göstərə bilər, çünki yerli istehsalçılar xarici brendlərlə daha bərabər əsasda rəqabət apara biləcəklər. Bununla belə, bəzi analitiklər bunun İndoneziyada smartfonların bahalaşmasına və yerli əhalinin yeni texnologiyalara çıxışını məhdudlaşdıra biləcəyindən narahat olduqlarını bildiriblər.
İndoneziya hökuməti milli iqtisadiyyatı inkişaf etdirməyə və xarici mallardan asılılığı azaltmağa çalışan yerli istehsalçılara qarşı proteksionizm siyasətini davam etdirir. Son illər ölkədə yerli istehsalın stimullaşdırılması məqsədilə müxtəlif malların, o cümlədən avtomobillərin və məişət texnikasının idxalının məhdudlaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib.
Eyni zamanda, İndoneziya istehlakçıları iPhone 16-nın satışına qoyulan məhdudiyyətlərdən məyus olduqlarını bildirirlər.
Əvvəllər məlum olub ki, Rusiyada smartfonlar 15% bahalaşıb.
Nigar
16:00 / 22 Noyabr 2026
49
14:27 / 22 Noyabr 2026
109
14:11 / 22 Noyabr 2026
133
13:47 / 22 Noyabr 2026
305
13:20 / 22 Noyabr 2026
123
12:51 / 22 Noyabr 2026
146
12:30 / 22 Noyabr 2026
291
12:17 / 22 Noyabr 2026
1285
11:38 / 22 Noyabr 2026
1541
11:12 / 22 Noyabr 2026
263
10:51 / 22 Noyabr 2026
781
10:47 / 22 Noyabr 2026
255
10:38 / 22 Noyabr 2026
165
10:16 / 22 Noyabr 2026
982
09:15 / 22 Noyabr 2026
1087
08:56 / 22 Noyabr 2026
417
01:34 / 22 Noyabr 2026
234
01:33 / 22 Noyabr 2026
232
23:53 / 21 Noyabr 2026
1124
23:41 / 21 Noyabr 2026
379
23:11 / 21 Noyabr 2026
1845
23:00 / 21 Noyabr 2026
200
22:47 / 21 Noyabr 2026
636
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.