Tramp İrana zərbələrin bərpasını nəzərdən keçirir
22 Noyabr 2026, 23:26
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
258
11.10.2024, 19:23
Polşa və Baltikyanı ölkələrin hərbçiləri Rusiyanın mümkün işğalına hərbi cavabı müzakirə ediblər. Onlar hesab edirlər ki, Ukrayna müharibəsindən sonra Rusiya öz “imperialist ekspansionizmini” Estoniya, Latviya, Litva və Polşaya yönəldə bilər.
Oxu24.com xəbər verir ki, Bild yazır ki, bunu Litva prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Kestutis Budris Baltikyanı ölkələrin müdafiəsi konfransında deyib.
Budris hesab edir ki, Belarus tam şəkildə İttifaq dövlətinin bir hissəsi olarsa, belə ssenarinin baş vermə ehtimalı artacaq.
Polşa Baş Qərargah rəisi Raymund Andjeyçak da eyni fikirdədir. “Ukrayna bizə bir neçə il verir. Rusiya Ukraynada qalib gəlsə, Lvovda bir, Brestdə və Qrodnoda bir Rusiya divizionumuz olacaq”.
Polşalı hərbçi iddia edir ki, Rusiya qoşunları Litva ilə sərhədi keçərsə, “dərhal cavab” olacaq: “Birinci gün yox, ilk dəqiqədə. Biz 300 kilometr radiusda bütün strateji hədəfləri vuracağıq. Biz birbaşa Sankt-Peterburqa hücum edəcəyik”.
Andjeyçak həmçinin qeyd edib ki, Polşaya və ya Baltikyanı ölkələrə hücum hərtərəfli qarşıdurmanın başlanğıcı olacaq. Belə bir ssenarinin baş verəcəyi təqdirdə, Polşa hazırda 900 kilometrə qədər uçuş məsafəsi olan 800 raket alır.
Nigar
00:24 / 23 Noyabr 2026
48
00:11 / 23 Noyabr 2026
67
23:56 / 22 Noyabr 2026
71
23:43 / 22 Noyabr 2026
276
23:28 / 22 Noyabr 2026
276
23:26 / 22 Noyabr 2026
95
22:59 / 22 Noyabr 2026
363
22:36 / 22 Noyabr 2026
135
22:08 / 22 Noyabr 2026
935
21:14 / 22 Noyabr 2026
159
21:06 / 22 Noyabr 2026
166
20:56 / 22 Noyabr 2026
1494
20:30 / 22 Noyabr 2026
511
19:33 / 22 Noyabr 2026
1081
19:20 / 22 Noyabr 2026
164
19:05 / 22 Noyabr 2026
1402
18:54 / 22 Noyabr 2026
151
18:49 / 22 Noyabr 2026
188
18:21 / 22 Noyabr 2026
482
18:16 / 22 Noyabr 2026
226
18:02 / 22 Noyabr 2026
187
17:59 / 22 Noyabr 2026
177
16:38 / 22 Noyabr 2026
239
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.