Qaynar xətt:

(+99450) 247 90 86

Kim Çen In konsertə Putinin hədiyyə etdiyi rus maşını ilə getdi

Kim Çen In konsertə Putinin hədiyyə etdiyi rus maşını ilə getdi

DÜNYA

251

11.10.2024, 10:53

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şimali Koreya lideri Kim Çen In Koreya Fəhlə Partiyasının (WPK) 79-cu ildönümü şərəfinə keçirilən şənliklərə Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi dəbdəbəli rus Aurus avtomobili ilə gəlib.

Oxu24.com xəbər verir  ki, bu barədə RİA Novosti məlumat yayıb.

Agentliyin yaydığı  fotolardan görünür ki, Şimali Koreya lideri konsertə qızı ilə Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi “Arus” limuzini ilə gəlib.

Konsert oktyabrın 10-da TPK-nın Mərkəzi Hazırlıq Məktəbində baş tutub. Orada Rusiyanın KXDR-dəki səfirliyinin aparıcı əməkdaşları, o cümlədən fövqəladə və səlahiyyətli səfir Aleksandr Matseqora da fəxri qonaq qismində iştirak ediblər.

Tamaşaçılar KXDR və Fəhlə Partiyasının himnlərini, vətənpərvərlik mahnılarını dinləyiblər. H

“Hörmətli yoldaş Kim Çen In uğurlu konsertdən məmnunluğunu ifadə edərək, ifaçıların və tamaşaçıların isti sevincinə hərarətlə cavab verdi”, - Koreya Mərkəzi Xəbər Agentliyi bildirib.

Oktyabrın 8-də KXDR lideri bildirib ki, bu ölkə hərbi super dövlətin tikintisini sürətləndirəcək.

Bundan əvvəl Kim Çen In Putini ad günü münasibətilə təbrik edib.

 

Nigar