Qaynar xətt:

(+99450) 247 90 86

Gürcüstanın baş naziri ölkədə “inqilabi prosesləri” istisna edir

Gürcüstanın baş naziri ölkədə “inqilabi prosesləri” istisna edir

DÜNYA

241

10.10.2024, 12:01

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gürcüstan müxalifətinin ölkədə “inqilabi proseslər” yaratmağa gücü çatmır.

 

Oxu24.com  xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

 

“Müxalifət nə qədər inqilabi prosesləri başlatmağa, parlament binasına basqın etməyə və s. cəhd etsə də, heç nəyə nail olmayacaq”, - deyə baş nazir vurğulayıb.

 

Kobaxidzenin sözlərinə görə, Gürcüstan öz milli maraqlarını qorumaq niyyətindədir.

 

Sentyabrın sonunda hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili deyib ki, düşmən xarici qüvvələr və müxalifət “Gürcüstanı xəritədən silmək” istəyir.

 

Onun sözlərinə görə, Gürcüstanla “düşmənçilik edən” qüvvələr “yerli agentlərin” köməyi ilə ölkəni xəritədən silmək niyyətindədirlər. Bu halda, 2008-ci il münaqişəsi “xırda-xırda görünəcək”, - deyə siyasətçi bildirib.

 

Bundan əvvəl Gürcüstan Avropa Parlamentinin Rusiya Federasiyasına qarşı birbaşa sanksiyalar tətbiq etmək çağırışına cavab verib.

 

Nigar