Qaynar xətt:

(+99450) 247 90 86

Zelenski münaqişənin 2025-ci ildə bitməsinin mümkünlüyünü açıqlayıb

Zelenski münaqişənin 2025-ci ildə bitməsinin mümkünlüyünü açıqlayıb

DÜNYA

244

09.10.2024, 20:25

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukrayna prezidenti Vladimir Zelenski münaqişənin 2025-ci ildə bitəcəyini gözlədiyini və döyüş meydanındakı vəziyyətin belə bir ehtimal yaratdığını bildirib.

 

Oxu24.com  xəbər verir  ki, bu barədə  Reuters agentliyi  məlumat  yayıb.

“Oktyabr, noyabr və dekabr aylarında bizim sülhə və davamlı sabitliyə doğru irəliləmək şansımız var. Döyüş meydanındakı vəziyyət bu seçimi etmək imkanı yaradır - 2025-ci ildən gec olmayaraq müharibəni bitirmək üçün həlledici addımlar seçimi”, - deyə Zelenski bildirib.

O əlavə edib ki, Kiyev noyabrda ikinci “sülh sammiti”ndə müzakirəyə çıxarılacaq “sülh formulu” hazırlamağı planlaşdırır.

Bundan əvvəl Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar bildirmişdi ki, Ukrayna bu il Rusiyanın iştirakı ilə ikinci “sülh sammiti” keçirmək niyyətindədir. Eyni zamanda, o, görüşdə Rusiya ilə birbaşa ikitərəfli danışıqların mümkünlüyünü istisna edib və qeyd edib ki, Kiyev Moskvanın tələblərinə qulaq asmaq niyyətində deyil.

 

Nigar