Tramp İrana zərbələrin bərpasını nəzərdən keçirir
22 Noyabr 2026, 23:26
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
368
08.10.2024, 21:43
Latviya hökuməti müdafiə xərclərini artırmaq üçün üç il müddətinə maliyyə sektorunun mənfəət vergisinin tətbiqini təsdiqləyib.
Oxu24.com xəbər verir ki, bu barədə Bloomberg yazır.
Agentliyin məlumatına görə, bankların xalis faiz gəlirlərinə yönəlmiş yeni verginin 2025-ci ildə büdcəyə 93 milyon avro, növbəti iki ildə isə hər il 85 milyon avro daxil olacağı gözlənilir. Eyni zamanda kreditləşməni artıran maliyyə qurumları vergi yükünü azalda biləcək.
Latviyanın maliyyə naziri Arvils Aseradens hökumətin iclasından sonra deyib: "Bu qanun dövlətin milli təhlükəsizlik sahəsində fiskal ehtiyaclarını ödəmək üçün əlavə resurslar tapmağa kömək edəcək".
Latviya 2022-ci ildə Ukraynada hərbi əməliyyatlar başlayandan bəri müdafiə xərclərini artırır. Bu ölkə Kiyevi silahla təmin edir və Moskvaya qarşı sanksiyaların sərtləşdirilməsini fəal şəkildə müdafiə edir.
Qüvvəyə minməsi üçün “həmrəylik töhfəsi” adlanan qanun layihəsi parlament tərəfindən təsdiq edilməli və prezident Edqars Rinkeviçs tərəfindən imzalanmalıdır.
Sentyabrın ortalarında məlum olub ki, Ukrayna 2025-ci ildə yeni vergi artımı ilə üzləşə bilər. Maliyyə Nazirliyindən verilən məlumata görə, BVF-nin proqramında büdcədə ciddi dəyişikliklər olduğu halda belə bir tədbir nəzərdə tutulub. Artım ƏDV və bank vergilərinə təsir edə bilər. Bu tədbirlərin oktyabrın əvvəlindən həyata keçirilməsi planlaşdırılır.
Bundan əvvəl Ukraynada müharibə vergisinin artırılması çağırışı olub.
Nigar
00:24 / 23 Noyabr 2026
101
00:11 / 23 Noyabr 2026
112
23:56 / 22 Noyabr 2026
101
23:43 / 22 Noyabr 2026
374
23:28 / 22 Noyabr 2026
362
23:26 / 22 Noyabr 2026
120
22:59 / 22 Noyabr 2026
414
22:36 / 22 Noyabr 2026
145
22:08 / 22 Noyabr 2026
994
21:14 / 22 Noyabr 2026
165
21:06 / 22 Noyabr 2026
171
20:56 / 22 Noyabr 2026
1551
20:30 / 22 Noyabr 2026
525
19:33 / 22 Noyabr 2026
1099
19:20 / 22 Noyabr 2026
169
19:05 / 22 Noyabr 2026
1426
18:54 / 22 Noyabr 2026
154
18:49 / 22 Noyabr 2026
193
18:21 / 22 Noyabr 2026
490
18:16 / 22 Noyabr 2026
228
18:02 / 22 Noyabr 2026
188
17:59 / 22 Noyabr 2026
179
16:38 / 22 Noyabr 2026
242
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.