Paşinyan bir sıra media nümayəndələrini məhkəməyə verib
24 Noyabr 2026, 13:18
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
307
06.08.2024, 16:43
Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib ki, dövlət başçısı Salome Zurabişvili sabiq prezident Mixail Saakaşvilinin onun “Vahid Milli Hərəkat” partiyası ilə ittifaqda olduğu üçün onun əfv olunması imkanlarını öyrənir.
Oxu24.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Papuaşvilinin sözlərinə görə, prezident postunu yalnız Saakaşvili və onun partiyası sayəsində saxlayır. O, həmçinin qeyd edib ki, “bütün bunların əfvlə bağlı öz öhdəlikləri var”.
Parlamentin spikeri onu da xatırladıb ki, 2023-cü ildə Salome Zurabişvilinin impiçmenti ilə bağlı səsvermə zamanı Milli Hərəkat onun vəzifəsindən kənarlaşdırılmasının əleyhinə səs verib və ona öz postunu saxlamağa icazə verib.
Mixail Saakaşvili ona qarşı bir sıra cinayət işlərinin olmasına baxmayaraq, 2021-ci ilin oktyabrında vətəninə qayıdıb. Nəticədə Gürcüstanın eks-prezidenti saxlanılaraq həbs edilib.
Saakaşvili özü həbsini siyasiləşmiş adlandırıb və aclıq aksiyasına başlayıb. Daha sonra, 2022-ci ilin mayında eks-prezidentin səhhəti ciddi şəkildə pisləşib, o, müayinə üçün həbsxanadan paytaxtdakı klinikaya köçürülüb. Vəziyyətinə baxmayaraq, o, Gürcüstan siyasətində iştirak etməyə hazır olduğunu dəfələrlə bəyan edib.
15:26 / 24 Noyabr 2026
1
15:17 / 24 Noyabr 2026
42
15:10 / 24 Noyabr 2026
60
15:03 / 24 Noyabr 2026
86
14:40 / 24 Noyabr 2026
57
14:20 / 24 Noyabr 2026
106
14:17 / 24 Noyabr 2026
116
14:05 / 24 Noyabr 2026
89
14:04 / 24 Noyabr 2026
117
13:40 / 24 Noyabr 2026
108
13:31 / 24 Noyabr 2026
758
13:23 / 24 Noyabr 2026
120
13:18 / 24 Noyabr 2026
104
13:11 / 24 Noyabr 2026
142
13:07 / 24 Noyabr 2026
122
13:04 / 24 Noyabr 2026
118
13:01 / 24 Noyabr 2026
110
12:56 / 24 Noyabr 2026
137
12:50 / 24 Noyabr 2026
130
12:48 / 24 Noyabr 2026
124
12:46 / 24 Noyabr 2026
127
12:40 / 24 Noyabr 2026
157
12:19 / 24 Noyabr 2026
264
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.