Qaynar xətt:

(+99450) 247 90 86

Çində ticarət mərkəzində yanğın 16 nəfər öldü

Çində ticarət mərkəzində yanğın 16 nəfər öldü

DÜNYA

241

18.07.2024, 12:27

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Çinin Siçuan əyalətinin Ciqon şəhərində ticarət mərkəzinin yerləşdiyi binada baş verən yanğın nəticəsində 16 nəfər ölüb.

Oxu24.com xəbər verir ki, 14 mərtəbəli binada yanğın iyulun 17-də axşam saatlarında başlayıb. Alov binanın birinci mərtəbəsindən 6-cı mərtəbəsinə qədər sahəni əhatə edib. Yanğının söndürülməsinə 20 texnika, 100-ə yaxın yanğınsöndürən cəlb olunub. Yanğın söndürüldükdən sonra gecə saat 3 radələrində axtarış-xilasetmə işləri başa çatıb, bina tam boşaldılıb, 75 nəfər təxliyə edilib.

İlkin ehtimala görə yanğın binada aparılan təmir işləri ilə əlaqədar olub.