Lukaşenko Belarusda ondan sonra kimin prezident olacağına aydınlıq gətirib
25 Noyabr 2026, 14:57
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
266
10.06.2024, 10:26
"Bloomberg" xəbər agentliyinin Avropa rəsmilərinə istinadən məlumatına görə, Rusiya afrikalı tələbələri və gənc immiqrant işçiləri Müdafiə Nazirliyi ilə müqavilə bağlamağa məcbur edir, onları tələbə və iş vizalarını uzatmayacağı ilə hədələyir.
Oxu24.com bildirir ki, bu yolla orduya cəlb olunan əcnəbilər də Xarkov vilayətində gedən döyüşlərdə iştirak etmək üçün göndərilir.
Agentliyin qeyd etdiyi kimi, "Vaqner" HRM belə bir yanaşma tətbiq edirdi. Jurnalistlərin həmsöhbətlərindən biri bildirib ki, Rusiya işğalın ilk günlərindən miqrantları və əcnəbi tələbələri müharibədə iştirak etməyə məcbur edib. Onun sözlərinə görə, bu hərbçilər xüsusilə ağır itkilərə məruz qalırlar, çünki onlar Rusiya Silahlı Qüvvələrinin daha yaxşı hazırlanmış bölmələrini qorumaq üçün təhlükəli hücum əməliyyatlarında daha çox istifadə olunur.
Ukrayna kəşfiyyatının iddialarına əsasən, Rusiya ən azı 21 ölkədə, o cümlədən bir neçə Afrika dövlətində xarici muzdluları cəlb etmək üzrə qlobal siyasət aparır. “Rossotdrudniçestvo”nun rəhbəri Yevgeni Primakov bildirib ki, Rusiyada 35-37 min afrikalı tələbə təhsil alır:
"Hər il Rusiya universitetləri kvotalara uyğun olaraq pulsuz təhsil almaq üçün Afrika ölkələrindən altı minə yaxın abituriyent toplayır",-deyə Primakov qeyd edib.
Mənbə: Bloomberg.com
Yeganə
15:41 / 25 Noyabr 2026
211
15:32 / 25 Noyabr 2026
122
15:30 / 25 Noyabr 2026
82
15:26 / 25 Noyabr 2026
77
15:22 / 25 Noyabr 2026
67
15:19 / 25 Noyabr 2026
77
15:10 / 25 Noyabr 2026
100
15:03 / 25 Noyabr 2026
168
14:58 / 25 Noyabr 2026
84
14:57 / 25 Noyabr 2026
102
14:33 / 25 Noyabr 2026
103
14:30 / 25 Noyabr 2026
123
14:29 / 25 Noyabr 2026
93
14:21 / 25 Noyabr 2026
103
14:03 / 25 Noyabr 2026
425
14:02 / 25 Noyabr 2026
126
14:00 / 25 Noyabr 2026
133
13:56 / 25 Noyabr 2026
124
13:47 / 25 Noyabr 2026
110
13:45 / 25 Noyabr 2026
116
13:27 / 25 Noyabr 2026
800
13:15 / 25 Noyabr 2026
136
13:11 / 25 Noyabr 2026
886
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.