Qaynar xətt:

(+99450) 247 90 86

Quduzluq həyəcanı: məhəllə 6 aylıq karantinə alındı - FOTO

Quduzluq həyəcanı: məhəllə 6 aylıq karantinə alındı - FOTO

DÜNYA

416

28.05.2024, 23:34

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyənin Qaziantep rayonunda bir şəxsi dişləyən itin quduz olduğu üzə çıxıb.

OXU24.COM  xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı və Meşə Nazirliyi məlumat verib.

Bildirilib ki, hadisədən sonra ölən itdən nümunə götürülüb və Adana Baytar Nəzarət İnstitutuna göndərilib.

Araşdırma zamanı itin ölüm səbəbinin quduzluq olduğu müəyyən edilib.

Rayon Heyvan Sağlamlığı Komissiyasının qərarı ilə həmin məhəllə 6 ay müddətinə karantinə alınıb. Karantin dövründə xəbərdarlıq lövhəsinin asıldığı əraziyə heyvanların giriş-çıxışı qadağan edilib.