Bakının bir neçə küçəsində yollar təmirə görə bağlanır - Xəbərdarlıq
29 Noyabr 2026, 23:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
398
06.11.2023, 14:14
MİDA bütün informasiya sistemlərini “Hökumət buludu”na köçürüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında 3 iyun 2019-cu il tarixli 718 nömrəli Fərmanının icrası məqsədilə həyata keçirilən “Hökumət buludu”na Keçid
Planına əsasən dövlət qurumları ilə işlər davam etdirilir.
Fəaliyyət çərçivəsində dövlət qurumlarının informasiya sistemlərinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-yə məxsus Bakı və Yevlax Data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir.
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) “Hökumət buludu”na miqrasiya çərçivəsində “AzInTelecom” MMC-nin təqdim etdiyi IaaS (İnfrastructure-as-a-Service) bulud infrastrukturu xidmətini əldə edib. MİDA bütün informasiya sistemlərini ilkin mərhələdə “AzInTelecom” MMC-yə məxsus Bakı Data Mərkəzində yerləşdirməklə kritik sistemlərinin yüksək əlçatanlığını təmin edib.
MİDA-nın ümumi infrastrukturunun qiymətləndirilməsi nəticəsində hesabat hazırlanıb və bunun əsasında İT sistemlərin miqrasiyası üçün konsultasiya xidməti verilib, həmçinin miqrasiya prosesini əks etdirən Yol Xəritəsi hazırlanıb.
Dövlət Agentliyi baş verə biləcək gözlənilməz hallarda dayanmaların qarşısını almaq və işləkliyi təmin etmək məqsədilə öz informasiya sistemlərini əlavə olaraq Yevlax Data Mərkəzində də yerləşdirib. “AzInTelecom” MMC tərəfindən hər iki Data Mərkəzdə MİDA-ya virtual server xidmətinin verilməsi təmin olunub.
Dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyası ilə cari İT xərcləri azalır və informasiya sistemlərinin məhsuldarlığı artır.
Bununla yanaşı, informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ koordinasiya ilə yüksək keyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.
“AzInTelecom” MMC Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” Beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Bundan əlavə, “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarının tələblərini ödəyən Bakı və Yevlaxda yerləşən 2 Data Mərkəzinə malikdir.
23:52 / 29 Noyabr 2026
15
23:13 / 29 Noyabr 2026
96
22:44 / 29 Noyabr 2026
104
22:26 / 29 Noyabr 2026
123
21:43 / 29 Noyabr 2026
127
21:37 / 29 Noyabr 2026
115
21:23 / 29 Noyabr 2026
132
20:46 / 29 Noyabr 2026
138
20:26 / 29 Noyabr 2026
150
20:26 / 29 Noyabr 2026
151
19:50 / 29 Noyabr 2026
155
19:27 / 29 Noyabr 2026
158
19:13 / 29 Noyabr 2026
175
19:01 / 29 Noyabr 2026
158
18:58 / 29 Noyabr 2026
458
18:45 / 29 Noyabr 2026
167
18:29 / 29 Noyabr 2026
168
18:15 / 29 Noyabr 2026
192
15:24 / 29 Noyabr 2026
206
12:43 / 29 Noyabr 2026
532
12:03 / 29 Noyabr 2026
216
12:00 / 29 Noyabr 2026
309
11:33 / 29 Noyabr 2026
222
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.