Bakının bir neçə küçəsində yollar təmirə görə bağlanır - Xəbərdarlıq
29 Noyabr 2026, 23:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
388
31.10.2023, 17:26
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC Bakıda keçiriləcək VII Beynəlxalq Bankçılıq Forumuna (IBF 2023) qatılacaq. 1-2 noyabr tarixlərində keçiriləcək forumda şirkət “Əsas sponsor” qismində stendlə çıxış edəcək.
“Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq” devizi ilə təşkil edilən tədbirdə maliyyə sektorundakı innovasiyalarla bağlı sərgi təşkil olunacaq.
“AzInTelecom”un stendində şirkətin rəqəmsal bankçılıq üçün faydalı xidmət və rəqəmsal məhsulları təqdim ediləcək.
Bir sıra rəqəmsal həllər praktiki formada iştirakçılara nümayiş olunacaq.
Xüsusilə banklar üçün unikal imkanlar təqdim edən SİMA Rəqəmsal Həllər Platformasına daxil olan SİMA rəqəmsal imza, SİMA KYC, “SİMA Pay” məhsulları və bulud xidmətləri ilə maraqlanan şəxslər “AzInTelecom”un stendinə yaxınlaşaraq ətraflı məlumat ala bilərlər. İştirakçılar, həmçinin “SİMA Pay” həllinin demo versiyasını praktiki olaraq test edə, “SİMA İmza” ilə bağlı son yeniliklərlə tanış ola bilərlər. Eləcə də artıq istifadəyə verilən SİMA KYC həllinin iş prinsiplərini öyrənə bilərlər. Stenddə viktorinanın keçirilməsi və fərqlənən iştirakçılara hədiyyə verilməsi də nəzərdə tutulub.
Qeyd edək ki, SİMA Rəqəmsal Həllər Platformasına daxil olan “SİMA İmza” mobil tətbiqi artıq 600 mindən çox istifadəçi tərəfindən yüklənilib. Hazırda 30-a yaxın qurumla inteqrasiya yekunlaşıb, 100-dən artıq inteqrasiya davam etdirilir. Artıq 6 bankın müştəriləri müxtəlif bank əməliyyatlarını (kredit götürmə, debet kart sifarişi, sənədlərin imzalanması və s.) “SİMA İmza” ilə heç yerə getmədən, növbə gözləmədən və kağız sənədlər toplamadan həll edirlər. Hüquqi olaraq əl imzasına bərabər tutulan “SİMA İmza” bankların iş yükünün azaldılması üçün zəmin yaradır. Həmçinin vətəndaşlar SİMA KYC-nin biometriya texnologiyası ilə “m10” tətbiqində identifikasiyadan keçərək kimliyini təsdiqləyə bilirlər.
23:52 / 29 Noyabr 2026
15
23:13 / 29 Noyabr 2026
96
22:44 / 29 Noyabr 2026
104
22:26 / 29 Noyabr 2026
123
21:43 / 29 Noyabr 2026
127
21:37 / 29 Noyabr 2026
115
21:23 / 29 Noyabr 2026
132
20:46 / 29 Noyabr 2026
138
20:26 / 29 Noyabr 2026
150
20:26 / 29 Noyabr 2026
151
19:50 / 29 Noyabr 2026
155
19:27 / 29 Noyabr 2026
158
19:13 / 29 Noyabr 2026
175
19:01 / 29 Noyabr 2026
158
18:58 / 29 Noyabr 2026
458
18:45 / 29 Noyabr 2026
167
18:29 / 29 Noyabr 2026
168
18:15 / 29 Noyabr 2026
192
15:24 / 29 Noyabr 2026
206
12:43 / 29 Noyabr 2026
532
12:03 / 29 Noyabr 2026
216
12:00 / 29 Noyabr 2026
309
11:33 / 29 Noyabr 2026
222
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.