Bakının bir neçə küçəsində yollar təmirə görə bağlanır - Xəbərdarlıq
29 Noyabr 2026, 23:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
568
27.10.2023, 16:01
Gəncə şəhərində məktəblərdən birində şagirdlərə "Patı" təklif edilir.
Bu barədə sosial şəbəkələrdə səs yazısı yayılıb. Valideynlərdən biri iddia edib ki, kimliyi bəlli olmayan qadın Gəncə şəhəri Nizami Aydın adına 18 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdlərindən birinə konfet adı ilə patı təklif edib.
Uşaq etiraz etməsin deyə qadın ona alma, banan da vermək istəyib. Məktəbli bunu qəbul etmədikdə qadın arxadan onun boynundan tutaraq iynə ilə narkotik maddə vurub.
Sözügedən şagird Gəncə şəhər 2 saylı uşaq xəstəxanasına yerləşdirilib. Təcili yardımla tibb müəssisəsinə gətirilən şagirdin vəziyyəti pis olub, təzyiqi və ürək döyüntüləri normadan çox yüksək olub. Həkimlər onun bədənin narkotik maddəyə uyğunlaşdığını və onda tələbat yarandığını bildiriblər.
Şikayətçinin sözlərinə görə, narkotik maddə məktəblərin bufetlərinə də paylanılır. Tələbat yaransın deyə uşaqların yeməyinə qatılır.
Məsələ isə bağlı Daxili İşlər Nazirliyi nin (DİN) mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasimovla əlaqə saxladıq.
OXU24.COM xəbər verir ki, Eşqin Qasimov baku.ws-ə açıqlamasında bildirib ki, bu barədə araşdırma aparılır və əlavə məlumat veriləcək:
"İddialar araşdırma predmetidir. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək və bu barədə əlavə məlumat veriləcək".
23:52 / 29 Noyabr 2026
15
23:13 / 29 Noyabr 2026
96
22:44 / 29 Noyabr 2026
104
22:26 / 29 Noyabr 2026
123
21:43 / 29 Noyabr 2026
127
21:37 / 29 Noyabr 2026
115
21:23 / 29 Noyabr 2026
132
20:46 / 29 Noyabr 2026
138
20:26 / 29 Noyabr 2026
150
20:26 / 29 Noyabr 2026
151
19:50 / 29 Noyabr 2026
155
19:27 / 29 Noyabr 2026
158
19:13 / 29 Noyabr 2026
175
19:01 / 29 Noyabr 2026
158
18:58 / 29 Noyabr 2026
458
18:45 / 29 Noyabr 2026
167
18:29 / 29 Noyabr 2026
168
18:15 / 29 Noyabr 2026
192
15:24 / 29 Noyabr 2026
206
12:43 / 29 Noyabr 2026
532
12:03 / 29 Noyabr 2026
216
12:00 / 29 Noyabr 2026
309
11:33 / 29 Noyabr 2026
222
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.