Bakının bir neçə küçəsində yollar təmirə görə bağlanır - Xəbərdarlıq
29 Noyabr 2026, 23:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
373
26.10.2023, 11:30
Hələ illər öncə Rusiyada "xruşşovka" adlandırılan beşmərtəbəli binalar istismara yararsız hesab edildiyindən kütləvi şəkildə sökülüb.
Bəzi keçmiş sovet ölkələrində artıq bu binalara rast gəlmək mümkün deyil. Buna Baltikyani ölkələri misal çəkmək olar. Həmçinin MDB məkanındakı ölkələrin əksəriyyətində "xruşşovka"lardan çoxdan imtina ediblər.
Görəsən, nə üçün bu binalar hələ də Bakıda qalır? "Xruşşovka" və "stalinka" adlanan binaların istismar müddəti bitsə də, dərd-səri bitmək bilmir. Paytaxtda bu cür binalar kifayət qədər çoxdur. Artıq insanlar binaların söküləcəyi günü səbirsizliklə gözləyirlər. Hazırda XIX əsrin sonunda - XX əsrin əvvəlində tikilən yaşayış binalarının çoxu mərhələli şəkildə sökülür, onların yerində yeniləri inşa edilir.
Sakinlərə kompensasiya, ya da yeni mənzil təqdim olunur. Həmin binalar istismara yararsız sayılır. Söküntü işlərinin aparılması həm də paytaxt Bakıda köhnə evlərin sayının əhəmiyyətli dərəcədə azalması deməkdir. Məlumdur ki, paytaxtda yaşayış binalarının tikintisi ilə bağlı yeni standartlar qəbul olunub. Əvvəlcə layihənin qaydalara uyğun olub-olmaması araşdırılır, daha sonra həmin ərazilərdə yeni yaşayış binaları tikilir. Əgər əlverişsiz şərait olarsa, sökülmüş binaların yerində yaşıllıqlar və ya park salınır.
Sakinlər isə başqa əraziyə köçürülür. Hazırda Nizami, Yasamal, Xətai və Nərimanov rayonları ərazisində söküntü işləri həyata keçirilir. Bildirək ki, söküntü işləri daha çox şəhərin mərkəzində və metro stansiyalarına yaxın ərazilərdə aparılır. Orada inşa edilən yeni binalardakı mənzillərin qiyməti isə xeyli yüksəkdir. Bu səbəbdən də sakinlərlə sahibkarlar arasında anlaşılmazlıq yaranır.
OXU24.COM xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, "xruşşovka" layihəli evlərin sökülməsi ilə bağlı işlər tam olaraq sahibkarların öhdəsinə buraxılıb. Bunun üçün sahibkarlar mütləq qaydada orada yaşayan sakinlərlə razılıq əldə etməli və sakinləri yeni binada yerləşdirməlidir:
"Eləcə də çoxmənzilli binaların əvəzinə 12 və ya daha çox mərtəbəli binaların tikintisi həyata keçirilə bilər. Ümumən 500-dən artıq belə bina var. Bu binaların hamısının birdən-birə sökülməsi mümkün deyil. Sahibkarlar ilk növbədə 2-3 mərtəbəli binaların söküntüsünü daha sərfəli hesab edirlər. Çünki beşmərtəbəli binaların söküntüsünün icrası, vətəndaşların köçü və onların yerləşdirilməsi bir qədər zaman alır. Bu da sahibkar üçün pul itkisi deməkdir".
Həmsöhbətimiz həmçinin qeyd edib ki, çox vaxt sakinlər ilə sahibkarlar arasında anlaşılmazlıq yaranır. Bunun kökündə isə maddiyyat dayanır:
"Bir çox binaların saknləri 20 faiz daha artıq kvm olmaqla evlə təmin olunurlar. Bu mənada vətəndaşlar özləri də bilavasitə sahibkarlara kömək etməlidir. Əks təqdirdə, bir sıra subyektiv səbəblər həmin layihənin həyata keçməsinə mane olur Tutaq ki, binanın 90 faiz sakini binanın sökülməsinə razıdır. Lakin görürsən ki, bir neçə vətəndaş sahibkardan əlavə pul qopartmaq niyyəti ilə son günə qədər evdən çıxmır, mənzili təhvil vermir.
Yaxud həmin evin əvəzinə sahibkardan pul tələb edirlər. Sahibkarlar binanın tikintisini həyata keçirdikdən sonra pul qazanmağı hədəflədikləri üçün bir çox hallarda onlarda nağd pul olmur. Yalnız sakinlərin kirayəsi üçün nəzərdə tutulan vəsaiti ödəməyə qadirdirlər. Məsələn, eyni vəziyyət Nərimanov rayonunun bir neçə binasının tikintisi zamanı da yaşanıb. Burada sakinlərlər ilə sahibkarlar arasında anlaşılmazlıq yaranıb".
23:52 / 29 Noyabr 2026
15
23:13 / 29 Noyabr 2026
96
22:44 / 29 Noyabr 2026
104
22:26 / 29 Noyabr 2026
123
21:43 / 29 Noyabr 2026
127
21:37 / 29 Noyabr 2026
115
21:23 / 29 Noyabr 2026
132
20:46 / 29 Noyabr 2026
138
20:26 / 29 Noyabr 2026
150
20:26 / 29 Noyabr 2026
151
19:50 / 29 Noyabr 2026
155
19:27 / 29 Noyabr 2026
158
19:13 / 29 Noyabr 2026
175
19:01 / 29 Noyabr 2026
158
18:58 / 29 Noyabr 2026
458
18:45 / 29 Noyabr 2026
167
18:29 / 29 Noyabr 2026
168
18:15 / 29 Noyabr 2026
192
15:24 / 29 Noyabr 2026
206
12:43 / 29 Noyabr 2026
532
12:03 / 29 Noyabr 2026
216
12:00 / 29 Noyabr 2026
309
11:33 / 29 Noyabr 2026
222
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.