Qaynar xətt:

(+99450) 247 90 86

DİN maşınlarını satışa çıxardı (QİYMƏTLƏR)

2019-01/1547449326_1547447544_untitled-1.jpg

CƏMİYYƏT

753

14.01.2019, 11:01

\"\" Daxili İşlər Nazirliyi ona bilavasitə tabe olan qurumun balansındakı avtomobilləri hərraca çıxarıb.
Oxu24.com  xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatının avtomobillərinin satışı üçün hərrac təşkil edəcək. 12 fevral tarixində keçirilməsi gözlənilən hərraca ümumilikdə 12 avtomobil çıxarılıb. DİN hərraca 5 ədəd BMV-320, 4 ədəd \"Fiat Doblo” və hərəsi bir ədəd olmaqla \"Fiat Kombi Aktiv”, QAZ-3110 və \"Volksvagen Passat” avtomobilləri təqdim edib. Hərraca ən yüksək qiymətə rəqdim edilən avtomobillər BMV-320 markalı avtomobillərdir ki, ilkin start qiyməti 5200 manatdan başlayır. \"Fiat Dablo”ların ilkin start qiyməti isə 4500 manatdır. Nazirliyin hərraca ən aşağı qiymətə təqdim etdiyi avtomobil isə QAZ-3110-dur ki, onun da qiyməti 2000 manatdan başlayır.