Adnan Əhmədzadə buraxılır?
18 Dekabr 2025, 22:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
240
18.12.2025, 19:20
Qırğız Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Maksat Mamıtkanov Qarabağın işğaldan azad olunmuş ərazilərinə səfərə gedib.
Bu barədə Oxu24.com-a Qırğız Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyindən məlumat daxil olub.
Səfər çərçivəsində Ağdam rayonunda yerləşən Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbində Qırğız Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi və Türk Ticarət Mərkəzinin birgə tədbirinin keçirilməsi nəzərdə tutulur.
19 dekabr 2025-ci il tarixdə baş tutacaq görüşdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi cənab Emin Hüseynov,Qırğız Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Maksat Mamıtkanov, Türk Ticarət Mərkəzinin (TTM) direktoru cənab Yılmaz Okuklu, Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə heyətinin üzvü cənab Rafiq Qarayev, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı cənab Vaqif Həsənov və digər şəxslər iştirak edəcəklər.
Qırğız Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin və Türk Ticarət Mərkəzinin birgə həyata keçirdiyi tədbir zamanı qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü, 4 dekabr "Manas Dastanı Günü" və 11 dekabr “Beynəlxalq Dağlar Günü” münasibəti ilə Ağdam rayon sakinləri ilə görüş nəzərdə tutulur.
Qırğız Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi və Türk Ticarət Mərkəzinin birgə ideyası olan bu tədbirin təşkil olunmasında məqsəd ölkələr arasındakı tarixi qardaşlıq bağlarını daha da möhkəmləndirmək,ölkə liderlərinin yürütdükləri siyasətə dəstək vermək və işğaldan azad olunmuş ərazilərə,öz doğma yurdlarına qayıtmış Azərbaycan vətəndaşları ilə birgə olduqlarını nümayiş etdirməkdir.
Cənab səfirin işğaldan azad olunmuş Qarabağ torpaqlarına heç bir xüsusi mühafizə qoruması olmadan getməsi və insanlarla səmimi görüşü diqqəti cəlb edib.O,Ağdamın Kəngərli kəndində sakinlərlə birgə nahar edib,çay süfrəsində səmimi hisslərini bölüşüb.
Hər zaman Azərbaycan xalqına qardaş mövqeyində dayanan Qırğızıstan Respublikasının səfiri Ağdam rayonu,Əlimədədli kənd şəhidlərinin ruhuna dualar oxuyub və onlar haqqında məlumatlar əldə edib.
Həmçinin oxuyun
Səfər öncəsi cənab səfir Ağdamda yerləşən “Aidə” bulağından su içib və Qarabağla bağlı təəssüratlarını bölüşüb.
Səfir Maksat Mamıtkanov Azərbaycan Dövlətinin Qarabağda gördüyü quruculuq-abadlıq işlərinə heyran qaldığını,bir qardaş ölkənin nümayəndəsi fərəh duyduğunu və bu işlərdə qardaş Qırğız Respublikasının hər zaman Azərbaycana dəstək verməyə hazır olduğunu bildirib.
Səfər çərçivəsində cənab səfiri müşayət edən Türk Ticarət Mərkəzinin (TTM) direktoru cənab Yılmaz Okuklu bu kimi tədbirlərin dost,qardaş münasibətdə olan ölkələr arasında daha çox keçirilməsinin əhəmiyyətini qeyd edib. Yılmaz Okuklu qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə Ağdam rayon sakinləri ilə nəzərdə tutulan görüşün mənəvi əhəmiyyətindən də danışıb.
O,bu kimi tədbirləri dost xalqların əbədi qardaşlıq münasibətlərinin davamı kimi qiymətləndirib.
Səfər çərçivəsində I Qarabağ Müharibəsinin döyüşçüsü, Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə heyətinin üzvü cənab Rafiq Qarayev tarixi torpaqlarımız barədə cənab səfirə və digər qonaqlara məlumatlar verib.
Qeyd edək ki,19 dekabr 2025-ci il tarixdə Qırğızıstan Respublikasının dəstəyi ilə tikilmiş,Ağdam rayonunda yerləşən Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbində yerli sakinlərlə görüş keçiriləcək.
Görüş zamanı 500 ailəyə,o cümlədə 200-ə yaxın şagirdə bayram sovqatı paylanılacaq.
Bu kimi tədbirlərin Qarabağın işğaldan azad olunmuş digər ərazilərində də silsilə şəklində davam etdirilməsi nəzərdə tutulur.
22:03 / 18 Dekabr 2025
4
22:01 / 18 Dekabr 2025
10
20:50 / 18 Dekabr 2025
392
20:24 / 18 Dekabr 2025
118
18:52 / 18 Dekabr 2025
71
18:43 / 18 Dekabr 2025
668
18:25 / 18 Dekabr 2025
71
18:09 / 18 Dekabr 2025
83
18:01 / 18 Dekabr 2025
79
17:59 / 18 Dekabr 2025
109
17:29 / 18 Dekabr 2025
1725
16:44 / 18 Dekabr 2025
2071
16:29 / 18 Dekabr 2025
882
16:15 / 18 Dekabr 2025
94
16:07 / 18 Dekabr 2025
124
16:05 / 18 Dekabr 2025
103
16:01 / 18 Dekabr 2025
91
15:41 / 18 Dekabr 2025
113
15:35 / 18 Dekabr 2025
85
15:21 / 18 Dekabr 2025
98
15:02 / 18 Dekabr 2025
1583
14:48 / 18 Dekabr 2025
218
14:44 / 18 Dekabr 2025
133
14:42 / 18 Dekabr 2025
111
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.