Qaynar xətt:

(+99450) 247 90 86

DİM imtahanın nəticələrini açıqladı

2018-12/1545575068_dimmmmmmmmm.jpg

CƏMİYYƏT

661

23.12.2018, 18:23

\"\" Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib. DİM-in mətbuat xidmətindən \"Oxu24.com\"a verilən məlumata görə, imtahanda iştirak etmək üçün 394 nəfərin namizədliyi qeydə alınsa da, onlardan 324 nəfər imtahana qatılıb.
İmtahanın nəticələri saat 16:05-dən etibarən DİM-in internet saytında yerləşdirilib. Test imtahanının nəticələrinə əsasən, 117 nəfər müsabiqə şərtini ödəyərək (70 və daha artıq bal toplayaraq) müsabiqənin növbəti mərhələsində iştirak etmək hüququ qazanıb.