13 min quş məhv ediləcək
15 Noyabr 2026, 11:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
613
22.12.2025, 12:49
AZCON Holding şirkətlərindən olan "AzInTelecom" MMC və Azərbaycan Uşaq Fondunun birgə təşəbbüsü ilə hazırlanmış "SİMA missiyası" - texnoloji nağıl kitabı ictimaiyyətə təqdim olunub.
İbtidai sinif şagirdlərinin rəqəmsal savadlılığını artırmaq, onlara internet təhlükəsizliyi və müasir texnologiyalardan düzgün istifadə vərdişlərini aşılamaq məqsədilə hazırlanmış kitabın müəllifləri Azərbaycan Yazıçılar Birliyinin üzvü, ictimai xadim Zəhra Bədəlbəyli və gənc yazıçı Səid Riaddır. Üç hekayədən – "Tanışlıq", "Gələcəyə səyahət" və "Ağalı kəndi" – ibarət olan "SİMA Missiyası" kitabı uşaqlara rəqəmsal identifikasiya, texnologiyanın gələcəyimizdə rolu və Azərbaycanın ağıllı kənd konsepsiyası barədə sadə və maraqlı dildə məlumatlar verir.
Kitabın təqdimat mərasimində müxtəlif dövlət qurumlarının təmsilçiləri, incəsənət xadimləri və internat məktəbində təhsil alan uşaqlar iştirak ediblər. Tədbirin açılış nitqini edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov texnologiyadan təkcə informasiya mənbəyi kimi deyil, həm də cəmiyyətə fayda verməyin bir yolu kimi istifadə etməyin əhəmiyyətini vurğulayıb. Daha sonra "Zəfər" teatrının balaca aktyor heyəti tərəfindən kitabın əhəmiyyətini əks etdirən kiçik tamaşa nümayiş etdirilib.
Oxucular üçün daha əyləncəli olması məqsədilə müxtəlif illüstrasiyalarla zənginləşdirilən və "TEAS Press" nəşriyyatı tərəfindən 1500 tirajla çap edilən kitab internat məktəbləri, uşaq evləri və ümumi təhsil məktəblərinin ibtidai sinif şagirdlərinə pulsuz şəkildə təqdim olunacaq.
"AzInTelecom" üçün azyaşlıların, xüsusilə də valideyn himayəsindən məhrum qalmış uşaqların təhsili və inkişafı xüsusi əhəmiyyət kəsb edir. Şirkət bu istiqamətdəki dəstəyini hər zaman davam etdirəcək və korporativ sosial məsuliyyət layihələrinin həyata keçirilməsi üçün təşəbbüs göstərəcəkdir.
12:11 / 15 Noyabr 2026
4
11:52 / 15 Noyabr 2026
84
11:43 / 15 Noyabr 2026
56
11:29 / 15 Noyabr 2026
73
11:20 / 15 Noyabr 2026
73
11:20 / 15 Noyabr 2026
77
11:10 / 15 Noyabr 2026
73
11:07 / 15 Noyabr 2026
425
10:50 / 15 Noyabr 2026
86
10:25 / 15 Noyabr 2026
240
10:21 / 15 Noyabr 2026
96
10:18 / 15 Noyabr 2026
93
10:12 / 15 Noyabr 2026
122
09:35 / 15 Noyabr 2026
461
07:35 / 15 Noyabr 2026
153
05:50 / 15 Noyabr 2026
149
01:35 / 15 Noyabr 2026
160
01:10 / 15 Noyabr 2026
177
23:59 / 14 Noyabr 2026
369
23:51 / 14 Noyabr 2026
198
23:47 / 14 Noyabr 2026
215
23:33 / 14 Noyabr 2026
176
23:23 / 14 Noyabr 2026
546
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.