Qaynar xətt:

(+99450) 247 90 86

Sabahın HAVAsı - Külək, yağış..

2018-10/1538776433_yagisli_hava_015555.jpg

CƏMİYYƏT

961

06.10.2018, 01:56

\"\"Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu24.com -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 13-15, gündüz 16-18 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq. Azərbaycanın rayonlarında oktyabrın 6-da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz isə əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-17, gündüz 18-22, dağlarda gecə 4-7, gündüz 7-11 dərəcə isti təşkil edəcək.