Rəşad Məcidə ağır itki
15 Noyabr 2026, 09:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
5115
26.12.2025, 17:47
"Pensiya və sosial yardımlarla bağlı artımların bir qismi məhz qanunvericiliklə tənzimlənir. "Əmək pensiyaları haqqında" qanuna əsasən, hər ilin yanvar ayında əmək pensiyaları əvvəlki ilin orta aylıq əməkhaqqındakı artım faizinə uyğunlaşdırılaraq artır.
Bu sözləri BAKU.WS-ə açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Deputat əlavə edib ki, 2025-ci ildə orta aylıq əməkhaqqında 9,2 faiz artım olacağı gözlənilir:
"Rəsmi statistika yanvarın sonu fevralın əvvəlində elan olunacaq. Həmin statistikaya uyğun olaraq pensiya artımları reallaşacaq. Bu, o deməkdir ki, əgər orta aylıq əməkhaqqındakı artım 9,2 faiz olarsa, bu halda bütün növ əmək pensiyaları həmin faizə uyğun indeksləşdirilib artırılacaq. Bu, 1,2 milyon şəxsi əhatə etməklə bütün vətəndaşlarımıza şamil olunacaq. Yəni yaşa, əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyaları alan vətəndaşlarımızın pensiya məbləğində artımlar müşahidə olunacaq.
Bu, pensiyaçılarımızın pensiya məbləğinin artırılması baxımından vacibdir və bütövlükdə hər bir pensiyaçı öz pensiya məbləğini indeksasiya faizi elan olunduqdan sonra hesablaya biləcək. Məsələn, 500 manatlıq pensiya alan vətəndaşımızda 46 manat pensiya artımının olacağı gözlənilir. Dəqiq rəqəm fevral ayının əvvəllərində elan olunacaq. Amma baxmayaraq ki, sərəncam fevral ayının əvvəlində imzalanır, amma artımlar yanvar ayından hesablanacaq.
Ehtiyac meyarı yanvardan etibarən məhz 300 manata çatdırılır. Bu isə ondan xəbər verir ki, növbəti il ünvanlı sosial yardım məbləği alan vətəndaşlarımızın yardım məbləğində, yəni büdcədən aldığı vəsaitdə artımlar olacaq. Söhbət yeni sosial yardım alan vətəndaşlarımızdan gedir. Belə ki, əgər sosial yardım alan vətəndaşımızın gəlirlərində dəyişiklik yoxdursa, yeni müraciət edirsə və müsbət cavab alırsa, bu halda onun sosial yardım məbləğində artımlar müşahidə olunacaq".
09:35 / 15 Noyabr 2026
123
07:35 / 15 Noyabr 2026
83
05:50 / 15 Noyabr 2026
103
01:35 / 15 Noyabr 2026
128
01:10 / 15 Noyabr 2026
137
23:59 / 14 Noyabr 2026
330
23:51 / 14 Noyabr 2026
182
23:47 / 14 Noyabr 2026
198
23:33 / 14 Noyabr 2026
168
23:23 / 14 Noyabr 2026
486
23:16 / 14 Noyabr 2026
163
23:05 / 14 Noyabr 2026
665
23:01 / 14 Noyabr 2026
499
22:28 / 14 Noyabr 2026
1321
22:19 / 14 Noyabr 2026
166
21:55 / 14 Noyabr 2026
169
21:32 / 14 Noyabr 2026
196
21:22 / 14 Noyabr 2026
276
21:11 / 14 Noyabr 2026
1148
21:04 / 14 Noyabr 2026
1247
21:02 / 14 Noyabr 2026
178
20:56 / 14 Noyabr 2026
1013
20:50 / 14 Noyabr 2026
182
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.