Oruc tutarkən artan şirniyyat istəyi təhlükəlidir
06 Mart 2026, 00:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
541
26.12.2025, 22:13
Heydər Əliyev Fondu hər il olduğu kimi, bu il də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində qayğıya ehtiyacı olan uşaqlar üçün şənlik təşkil edib.
Oxu24.com xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva iştirak ediblər.
"Yeni il möcüzəsi" adlı bayram şənliyinə müxtəlif uşaq evlərində və internat məktəblərində tərbiyə alan, sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqlar, eləcə də Vətən uğrunda canlarından keçən şəhidlərimizin övladları dəvət alıblar.
Bayram ovqatı ilə bəzədilən "Gülüstan" sarayında uşaqları nağıl qəhrəmanları qarşılayıb. "Face Art" vasitəsilə uşaqlar özləri də istənilən möcüzə qəhrəmanını canlandırmaq imkanı qazanıblar.
Uşaq bayramı videoçarxın nümayişi ilə başlayıb. Balacaların ən böyük dostu və himayədarı olan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vaxtilə yeni nəslə qayğısından, müxtəlif illərdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramlarını uşaqlarla birlikdə keçirməsindən bəhs edən görüntülər maraqla izlənilib. Videoçarxda Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlarla görüşlərindən də maraqlı anlar əks olunub.
Uşaqlara təqdim edilən əyləncələrlə dolu səhnəcik dostluq, xeyirxahlıq, qarşılıqlı kömək üzərində qurulub: xoşniyyətli insanların hər zaman qələbə çaldığı göstərilir.
Həmçinin oxuyun
Yeni il ovqatlı sarayda uşaqlar bayramı tanınmış sənətçilərin, sevimli nağıl və cizgi filmləri qəhrəmanlarının əhatəsində rəqs edib, mahnı ifa edərək keçiriblər.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud uşaqların, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin bizə əmanəti olan övladlarının problemlərinin həllinə xüsusi diqqətlə yanaşır, bu uşaqların hər zaman qayğı ilə əhatə olunmasına çalışır. Fondun ənənəvi Yeni il şənlikləri də məhz həmin kateqoriyadan olan uşaqları sevindirmək məqsədilə təşkil edilir.
İyirmi bir il ərzində Fondun keçirdiyi Yeni il şənliklərində qayğıya ehtiyacı olan minlərlə uşaq iştirak edib.
Əyləncəli proqramın sonunda uşaqlara Heydər Əliyev Fondu tərəfindən bayram hədiyyələri verilib.
00:58 / 06 Mart 2026
10
00:45 / 06 Mart 2026
71
00:42 / 06 Mart 2026
59
00:36 / 06 Mart 2026
301
00:05 / 06 Mart 2026
40
23:50 / 05 Mart 2026
67
23:44 / 05 Mart 2026
36
23:39 / 05 Mart 2026
203
23:37 / 05 Mart 2026
48
23:31 / 05 Mart 2026
51
23:30 / 05 Mart 2026
46
23:29 / 05 Mart 2026
242
23:09 / 05 Mart 2026
65
22:44 / 05 Mart 2026
74
22:42 / 05 Mart 2026
163
22:40 / 05 Mart 2026
76
22:36 / 05 Mart 2026
60
22:33 / 05 Mart 2026
87
22:32 / 05 Mart 2026
73
22:30 / 05 Mart 2026
79
22:27 / 05 Mart 2026
120
22:27 / 05 Mart 2026
383
22:20 / 05 Mart 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.