Qaynar xətt:

(+99450) 247 90 86

Hava şəraiti kəskin dəyişir: qurumlara xəbərdarlıq edildi

2018-10/1538639890_hava1.jpg

CƏMİYYƏT

1076

04.10.2018, 11:57

\"\" Oktyabrın 5-də və 6-da havanın temperaturu digər günlərlə müqayisədə 5-8 dərəcə aşağı düşəcək.
Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyininin ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva deyib. Onun sözlərinə görə, sabahdan Bakıda və Abşeron yarımadasında güclü şimal küləyi əsməyə başlayacaq: “Gün ərzində şiddətli olacaq. Havanın temperaturunun anomal gedişdə olması gözlənilir.  Oktyabrın 5-də səhər saatlarında havanın temperaturunun 20-22 dərəcə, günorta saatlarında 15-18 dərəcə, axşam saatlarında isə 12-14 dərəcə olacağı gözlənilir. Belə hava şəraitində atmosfer təzyiqi kəskin yüksələcək”. Umayra Tağyeva bildirib ki, ölkə ərazisində əsən küləyin sürəti barədə qurumlara xəbərdarlıq edilib: “Biz müvafiq qurumlara, təşkilatlara xüsusi xəbərdarlıq göndərmişik. Bu prosesdə küləyin maksimal sürətinin 20-25, arabir isə 30-33 metrə çatmasıdır ki, bu barədə məlumat verilib”.