Qaynar xətt:

(+99450) 247 90 86

Sabah Bakıda 19 dərəcə isti olacaq

2020/02/05/1580898465_dumanli-hava.jpg

CƏMİYYƏT

506

05.02.2020, 14:26

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, cənub-qərb  küləyinin arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz  15-19, Bakıda gecə 5-7, gündüz 17-19 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi  758 mm civə sütunundan 753 mm civə sütununa  enəcək, nisbi rütubət  gecə 65-75, gündüz 40-50 faiz olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir  güclənəcək.

Havanın temperaturu gecə 3-8, gündüz 15-20 dərəcə, bəzi yerlərdə 23 dərəcəyədək isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz  8-13 dərəcə isti  olacaq.

Tibbi-meteoroloji proqnoz

Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda güclü gilavar küləyinin üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.